Arvadını baltalayan qısqanc ərdən YENİ XƏBƏR

Arvadını baltalayan qısqanc ərdən YENİ XƏBƏRBakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib.

Daha sonra o özünün qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi o palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.

İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı guya qısqanclıq zəmnində öldürdüyünü bildirib.

Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada olub.

Bu gün keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.

Ötən prosesdə Famil Abduləzimov ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını bildirib.

oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1504   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021