Dini komitə: Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb

Dini komitə: Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıbAzərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədəki hadisələrin dindarların narazılığı zəminində baş verməsi ilə bağlı iddialara münasibət bildirib.

M. Qurbanlı APA-ya müsahibəsində bildirib ki, Gəncədə dini durum, dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur: "Gəncədəki məscidlər normal şəkildə fəaliyyət göstərir, inanclı insanlar ibadətlərini edirlər. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən o məscidlərə rəsmi din xadimləri təyin olunub, bu ildən isə Mənəvi Dəyərlərin Təbliği Fondunun vasitəsilə məscidlərdə rəsmi təyinatı olan din xadimlərinə maddi dəstək verilir. Bundan başqa, respublikanın digər yerlərində olduğu kimi, Gəncədə də silsilə dini maarifləndirmə tədbirləri keçirmişik. Xüsusilə də "İmamzadə" kompleksinin əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi ilə inanclı insanlara daha geniş imkanlar yaradılıb. Yəni Gəncədə kimlərsə dini ayinlərin icrasına hansısa formada maneələr olur deyərək, hadisəni dinə bağlamağa çalışırlarsa, bu, tamamilə əsassızdır. "İmamzadə" kompleksində ətraf bölgələrdən də inanclılar toplaşaraq rahat şəkildə Aşura mərasimlərini qeyd edirlər. Amma bir neçə ildir ki, bu cür təxribatçı qruplar Gəncədə Aşura günlərində polisi təxribata çəkərək qarşıdurma yaratmağa çalışırlar. Ötən il bunu açıq formada etdilər və bir neçə polisə də zərər yetirdilər. Yəni son hadisəyə qədər bu formada müəyyən qrupların hazırlandığı, Gəncədə təxribat törətmə planları müşahidə olunurdu. Ancaq qarşısını almaq üçün Dövlət Komitəsi, QMİ, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə proflaktik tədbirlərimizi görürdük. Ümumilikdə Azərbaycanda insanların dini ayinlərdə iştirakı miqyasına görə əhalinin 3-4 faizini təşkil edir. Başqa bölgələrlə müqayisədə Gəncədə də bu rəqəm yüksək deyil".

Komitə sədri deyib ki, istər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkili, istərsə də ardınca iki yüksək rütbəli polis zabitinin şəhid edilməsi sırf xarici və daxili qüvvələrdən qidalanan bir qrup ekstremist və radikalların əməlidir: "Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr təbii ki, bəzi dairələri narahat edir. Bu da onların daxildəki təxribatçı qüvvələri işə salması, təəssüf ki, bəzi gənclərin də buna alət olması ilə nəticələnir. Cinayəti törədən qatillərin əməlləri onların kimliyini bir daha göstərir. Amma bu kimi hallar Azərbaycan dövlətini sarsıda bilməz. Onlar qanunun ən sərt üzü ilə cəzalarını alacaqlar. Azərbaycanda dini kəsimə yüksək dövlət qayğısı var, bizdə dinlər və dindarlar fəaliyyətlərində azaddırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 797   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021