Bakı-Qazax yolundakı dəhşətli qəza ilə bağlı XƏBƏRDARLIQ

Bakı-Qazax yolundakı dəhşətli qəza ilə bağlı XƏBƏRDARLIQBakı-Qazax magistralının 21-ci kilometrliyində baş verən məlum qəza ilə bağlı Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yükdaşımaların Tənzimlənməsi Sektorunun müdiri Arif Məmmədov, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin müvafiq struktur heyəti hadisə yerində olublar.

DANX-dən Sonxeber.az-a verilən məlumata görə, bununla əlaqədar, xidmət əməkdaşları ölkədaxili yükdaşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara ciddi xəbərdarlıq edib.

"Bir daha bildirir ki, balanslarında olan avtonəqliyyat vasitəsini idarə edən sürücülərin müvafiq qaydada reysqabağı tibbi müayinədən keçirilməsində nöqsana yol verən, sürücülərin iş və istirahət vaxtlarına əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı müvafiq qaydada ölçü götürülərək, avtonəqliyyat vasitələrindən istifadəyə dair müvafiq icazəyə yenidən baxılacaq və ən sərt şəkildə insan həyatı üçün təhlükə yaradan faktorlar əsas götürülərək daşıyıcı qismində fəaliyyətlərinə həmişəlik xitam verilməsinə dair tədbir görüləcək. Hazırda sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar də bir sıra problemlərin mövcud olduğuna baxmayaraq, daşımalarla məşğul olan sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hökümətə ən yaxın zamanda təqdim edilməsi üçün kompleks tədbirlər paketi hazırlanıb".

Məlumatda bildirilib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması, bu mərkəzdə ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması üçün Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tədrisin təşkil olunması vasitəsilə xarici mütəxəssislərin cəlb edilməsinə dair danışıqlar aparılır. Bu danışıqların nəticəsi olaraq növbəti ildən həm sürücülər, həm də mütəxəssislər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək, planda olan ən vacib məsələlərdəndir.

Xatırladaq ki, yük maşınının sürücüsünün sükan arxasında yuxuya getdiyi ilkin ehtimalı ilə törədilən qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sosial   Baxılıb: 1513   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR