İki marşrut xətti birləşdirilərək "BakuBus"a verildi - VİDEO

İki marşrut xətti birləşdirilərək "BakuBus"a verildi - VİDEOSabunçu dairəsindəki dayanacaqların yeri dəyişdirilir.

Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində, yerüstü piyada keçidinin yaxınlığındakı ərazidə günün pik saatlarında xeyli tıxac yaranırdı. Buna səbəb kimi də həmin ərazidəki dayanacaqlar, eləcə də orada avtobuslar və digər nəqliyyat vasitələrinin saxlanılması göstərilirdi. Bakı Nəqliyyat Agentliyi tərəfindən problemin aradan qaldırılması üçün layihə hazırlanıb və işlərə başlanılıb. Zabratdan şəhər istiqamətində gedən hissədə, yerüstü piyada keçidindən sonrakı boş ərazidə cib tipli dayanacaq məntəqəsi quraşdırılır. Keçidin altındakıdayanacaq pavilyonu da həmin əraziyə köçürüləcək. Həmin hissədə işlərin 80 faizi yekunlaşıb. Ardınca isə yolun əks tərəfində işlərə başlanılacaq.

İşlərin 1 həftəyə yekunlaşdırılması nəzərdə tutulub. Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində, Fəzail Bayramov küçəsindəki yolötürücü qovşağın altında isə hərəkətin təşkili dəyişdirilir. Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil edilir ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşacaq.

Paytaxt nəqliyyatındakı digər dəyişiklik isə 20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlıdır. Bu marşrut xətləri ilə bağlı müsabiqəyə yekun vurulub. Müsabiqənin nəticələrinə əsasən hər iki marşrut üzrə sərnişindaşıma xidmətləri "BakuBus" MMC tərəfindən həyata keçiriləcək.

Bu marşrut xətlərinin son dayanacaq nöqtəsi isə Metronun "Əhmədli" stansiyası olacaq.

Bundan əlavə, daha bir marşrut xətti üzrə gedişhaqqının ödənişi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək. Bu gündən etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı tədbirlər görülür. Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1479   Tarix: 15 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

1 may
.

BDU-nun tələbəsi qəzada öldü - FOTO

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. BDU-nun mətbuat xidmətindən -a verilən məlumata görə, Murad Şəmistan oğlu Məmmədov Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ağstafad

1 may
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

1 may
.

"McDonald's Azərbaycan" internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTO

Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya üçün həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə başlanılıb. Belə layihələrdən biri də "McDonald’s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Eco-Ambassadors" təşəbbüsüdür

1 may
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30 aprel
.

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Bu gün isə ən çox maraqlandıran suallardanbir

1 may
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30 aprel
.

Bakı sakini dayanacaqda qarət olundu

Bakıda dayanacaqda oğurluq hadisəsi olub. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə hadisə Nizami rayonu ərazisində baş verib. Dayanacaqda bir nəfər şəxsin içərisində 400 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub

1 may
.

Uşaq evdən 45 min oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 500 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşl

1 may