İş müsahibələrində bu SƏHVLƏRƏ yol verməyin!

İş müsahibələrində bu SƏHVLƏRƏ yol verməyin!1. Müsahibə vaxtından çox tez orada olmaq

Müsahibəyə gecikməyin, lakin vaxtından çox tez də getməyin. Bir sözlə, müsahibədən 30 dəqiqə öncə orada olmağa çalışın. Doğru ünvanda olduğunuzu anladığınızda özünüzə bir qəhvə alın və 20 dəqiqəlik istirahət edin. Müsahibəyə isə 10 dəqiqə qalmış gedin.

2. Olduğunuz kimi görünməmək

Olmağınızı istədikləri insan olmayın. İnsanlar özünüzü olmadığınız kimi göstərməyə çalışdığınızı başa düşəcəklər və bu həmişə qırmızı kart göstəriləcək bir haldır.

3. Şirkəti araşdırmamaq

Müsahibədən əvvəl müraciət etdiyiniz şirkəti və vəzifəni araşdırın.

Şirkət haqqında məlumat əldə etmədən müsahibəyə getməyin. Bunun üçün sadəcə şirkətin internet saytına göz gəzdirsəniz kifayətdir. Əgər sizə aydın olmayan tərəflər varsa, müsahibə zamanı soruşmaqdan çəkinməyin.

4. Mövzudan yayınmayın

Namizədlərin çoxu müsahibə vaxtının tez bitməsi və çətin sullara vaxt qalmaması üçün bəzi suallara uzun cavablar verir, mövzudan yayınırlar. Lakin, işə qəbul edilmək üçün məzh həmin çətin suallara cavab vermək lazımdır.

5. Qarşıdakı insanın sözünü kəsməyin

Danışmaq üçün növbənin sizə gəlməsini gözləyin. Sizdən müsahibə götürən insanın cümlələrini tamamlamağa və ya sözünü kəsməyə çalışmayın.

6. Sual verməmək

Müsahibələrə sorğuya çəkilirmişsiniz kimi yanaşmayın. Əslində müsahibələr işin sizə uyğun olub olmadığını görməyiniz üçün əla fürsətdir. Komandanızı hansı çətinliklərin gözlədiyini, qarşıdakı 12 ay ərzində nəzərdə tutulan planları, bir iş gününün necə keçdiyini soruşun. Beləliklə işə olan marağınız ön plana çıxacaq, müsahibə rəsmiyyətdən kənarlaşıb söhbət abu-havası yaradacaq və sizin narahatlığınız azalacaq.

7. Bilmədikləriniz haqqında səhv məlumat vermək

Heç bir təcrübənizin olmadığı bir sahə ilə bağlı verilən suallara yanlış cavablar verməkdənsə, dürüst olub təcrübəsiz olduğunuzu, ancaq bu sahəyə maraq göstərdiyinizi bildirmək daha yaxşı təəssürat yaradır. Mümkündürsə asanlıqla öhdəsindən gəldiyiniz bənzər bir hadisədən bəhs edin.

8. Əvvəlki işiniz haqqında mənfi fikirlər söyləmək

Hamı bəzən işi haqqında gileylənir və bu olduqca normal haldır. Lakin, bunun iş müsahibəsi zamanı edilməsi düzgün deyil. Heç kəs daima şikayət edən bir insanı işə qəbul etmək istəməz.

9. Komandanın bir üzvü kimi deyil "Pop Ulduzu" kimi davranmaq

Əsasən yeni məzun olmuş insanlar özlərini "Pop Ulduzu" kimi göstərməyin onlara fayda gətirəcəyini düşünürlər. Əmin olun ki, bu belə deyil. İşə olan həvəsiniz, uğurlarınız və zəkanız sizin üçün müsbət göstərici olsa da, nəticədə sizi komandanın bir üzvü olmaq üçün işə qəbul edirlər. Əgər ofisin problemli uşağı olsanız, nə qədər ağıllı olmağınızın heç bir faydası olmayacaq. Başqa sözlə qrup şəklində yerinə yetirilən hər hansı bir işdəki rolunuz soruşulduğu zaman bütün işi sizin görməyiniz və qrupdakı digər yoldaşlarınızın işə faydası olmaması ilə fəxrlənmək heç kəsi təsirləndirməyəcək.

10. Həddindən artıq ətir istifadə etmək

Müsahibəyə gedəcəyiniz zaman ətirdən lazımi səviyyədə istifadə etdiyinizdən əmin olun, əgər deyilsəniz heç istifadə etməyin.

11. Bu işin sizə layiq olmadığını hiss etdirmək

İşin təsvirində qeyd edilənlərdən çox daha yaxşısını edə bilərmişsiniz kimi davranmayın. Keyfiyyətləriniz işin təsvirini üstələsə belə, bu müsahibənin sizin üçün vaxt itkisi olduğunu hiss etdirməyinizə haqq qazandırmaz. Hal-hazırda iş axtarmağınızın bir səbəbi var və bəlkə də həmin səbəb məhz bu davranışınızdır.

12. Sizə yönəldilən sual əvəzinə soruşulmasını istədiyiniz suala cavab vermək

Sizdən soruşulan suala cavab verin.

Əslində bu, çox bəsit səslənə bilər. Lakin, namizədlərin çoxu soruşulan sualı deyil soruşulmasını gözlədikləri sualı cavablandırırlar. Bu da sadəcə namizədin bildirmək istədiyi lüzumsuz məlumatların çatdırılmasını təmin edir.

13. Çox şəxsiləşdirmək

Peşəkar çərçivədən kənara çıxmayın. Əgər yaşadığınız xoşagəlməz bir vəziyyət haqqında danışmaq istəyirsinizsə, bilməli olduğunuz bəzi şeylər var. Əvvəla, sizdən müsahibə götürənlərin bu məlumatları bilməsinə ehtiyac yoxdur. İkincisi, sizə bu mövzularda sual verilməsi qanuni deyil və bu məlumatları onlara bildirdiyiniz zaman sizə qarşı istifadə edəcəklərindən şübhəniz olmasın.

14. Müsahibəni öz nəzarətiniz altında almağa çalışmaq

Sizə sual vermələrinə imkan verin.

Müsahibəni öz nəzarətiniz altına almayın. Sualları cəld və təsviri nümunələrlə cavablandırın.

15. Müsahibənin necə keçdiyini soruşmaq

Müsahibənin yekununda sizdən müsahibə götürənlərdən görüşün necə keçdiyini soruşmayın. Bu işə qəbul edilib edilmədiyinizi soruşmağa bərabərdir. (banco.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1424   Tarix: 17 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Dünyanın əllə qazılan ən dərin quyusu: 390 metrdən çoxdur

İngiltərənin Şərqi Susseks qraflığında çox maraqlı yer var. Ora "Vudinqdin quyusu" adlanır. Hidravlik qurğu "Nuffild" tibb müəssisəsinin həyətində yerləşir. xarici KİV-ə istinadən xəbər verir ki, quyunun dərinliyi 391,6 metrdir. Dünyada əllə qazılan bu qədər dərin başqa quyu yoxdur

23 aprel
.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edildi

Microsoft şirkəti yeni kiçik və yüngül süni intellekt modeli Phi-3 Mini-ni təqdim edib. Yeni modelin xüsusiyyətləri böyük marağa səbəb olub. xarici KİV-ə istinadən xəbər verir ki, daha kiçik ölçüsü ilə Phi-3 Mini, GPT-3.5 kimi böyük dil modelləri ilə eyni tutuma malikdir, lakin daha az resurs sərf edir

24 aprel
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14 aprel
.

Xidmet.az ilə xidmətlərin sifarişi

müxtəlif xidmətləri bir saytda birləşdirən istifadəçilərinə geniş bir xidmət sahələri təklif edən onlayn saytdır. Saytımızda hər bir istifadəçinin ehtiyaclarına uyğun xidmətlər asanlıqla tapmaq olar. Usta və Təmizlik Xidmətləri. Ev və iş yerləriniz üçün lazımi təmir və təmizlik xidmətləri saytında sizlər

23 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

Mask: "Ukrayna münaqişəsindən çıxış yolu yoxdur"

ABŞ-li iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur. xəbər verir ki, o, bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib. "Mənim ən böyük narahatlığım ondan ibarətdi

21 aprel