"Ukrayna dairəsi"ndə nəqliyyatın hərəkəti bərpa olunub

"Ukrayna dairəsi"ndə nəqliyyatın hərəkəti bərpa olunub5 müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi və ölkənin ən böyük dairələrdən biri hesab olunan "Ukrayna dairəsi"ndə aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bu dairə boyu daim intensiv hərəkət müşahidə olunur.

"Xətai rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Məhəmməd Hadi küçəsinin yenidənqurulması layihəsi çərçivəsində təmir edilən dairə uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə dairənin asfalt-beton örtüyündə sürüşmə xarakterli deformasiyalar, qabarma və dağılmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olurdu. Məhz bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmirinə başlanıldı və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırıldı", - deyə məlumatda vurğulanıb.

Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.

Dairədə aparılan işlər zamanı kəsişən yollardan dairəyə rahat giriş-çıxışı təmin etmək üçün yeni yol ayrıcları inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Bunun ardınca dairə boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Kompleks şəkildə görülmüş bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

Bu işlərin minimum narahatlıq yaratması üçün Dövlət Agentliyi tərəfindən işlər dairədə iki mərhələ çərçivəsində həyata keçirilib. Növbəti mərhələdə Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidənqurulması işlərinə başlanılacaq.

Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 568   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may
.

Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO

"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda

7 may
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. xəbər verir ki, bu barədə "APA"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqınd

7 may
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

8 may
.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

Baba Rzayevin qohumlarına məxsus şirkət cərimələndi

Azərbaycanın aparıcı şirkətlərindən biri olan "Zirə Gülçülük" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib. xəbər verir ki, "Zirə Gülçülük" QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovu

8 may
.

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

Bakıda "My Music" hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb. xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib

8 may
.

Bakıda oteldə zəhərlənən şəxslər hələ də REANİMASİYADADIRLAR - Vəziyyətləri...

Xəbər verdiyimiz kimi ötən gün oteldə Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində 4 nəfərin zəhərlənib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirili

8 may