Cibində 1 manatı olmayan "bomj" 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Cibində 1 manatı olmayan "bomj" 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDABakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, məhkəmənin hökmü ilə Rasim Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib, ondan alıcı tapmasını xahiş edib. U.Məmmədov onun bu təklifindən sonra dərhal Nizami Rayon Polis İdarəsinə gedərək R.Zəkaryayevdə narkotik vasitə olması barədə məlumat verib.

Təqsirləndirilən, 59 yaşlı R.Zəkaryayev ona elan olunmuş ittihamla özünü özünü təqsirli bilməyib.İfadəsində daimi yaşayış yeri olmadığını, narkotik vasitlərdən istifadə etmədiyini, həbsxanaya düşmədiyini göstərib. Saxlanılarkən əlindəki sellofanın ona məxsus olmadığını deyən R.Zəkaryayev həbs olunmazdan bir gün öncə Qara Qarayev prospektindəki kafelərdən birinə gedib, yemək yeyib, spirtli içki qəbul edib:

"Bir neçə dəfə ora gedib yemək yemişdim. Kafenin sahibi Ulduz adlı şəxs mənə sellofan torba verdib dedi ki, qarşıdakı binanın yanında səni qarşılayacaqlar. İçərisində nə olduğunu bilmirdim. Kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər yaxınlaşdılar. Ömrümdə narkotik vasitə görməmişəm. Amma polislər narkotik olan sellofanı əlimdə tutmuşdular. Polislər mənə təzyiq etmədilər. Sellofanı mənə Ulduzun verməsi aydın idi".

Daimi yaşayış yeri olmayan, saxlanılarkən cibində 1 manat belə aşkarlanmayan şəxsin 2 kiloqramdan çox heroini haradan əldə etməsi suallar doğurub. Baş əməliyyat müvəkkili Xəlil Atakişiyev ifadəsində Ulduz Məmmədovun idarəyə verdiyi məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı Rasim Zəkaryayev saxlanılıb.

Baş leytenant Murad Soltanov da anoloji ifadə verib. O, əlavə olaraq göstərib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib:"Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq".

Şahid qismində dindirilən Ulduz Məmmədov ifadəsində Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin həmin kafeyə müştəri kimi gəlib-getdiyini göstərib. Şahidin ifadəsinə görə, sonuncu dəfə kafeyə gələn R.Zəkaryayev ona heroin satmağı təklif edib. O da öz növbəsində bu haqda polisi məlumatlandırıb:"Hər şeyi polisə dedim. Çünki gənclərimizin çoxu narkotik vasitənin qurbanı olurlar".

Təqsirləndirilən R.Zəkaryayev isə şahidin yalan danışdığını, həbs olunmamışdan bir gün əvvəl Ulduzun ona kafedə qalmağı təklif etdiyini deyib:"Bilirdi ki, gedəcək yerim yoxdur. Həmin gecə oturacaqların üstündə yatdım. Səhər də selofan torba verdi, sonra da tutuldum. Mənim heç bir günahım yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2105   Tarix: 22 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021