Prezidentdən Suğra Bağırzadə ilə bağlı SƏRƏNCAM

Prezidentdən Suğra Bağırzadə ilə bağlı SƏRƏNCAM"Azərbaycan Kinosu Günü - Kino işçilərinin peşə bayramı mənim ən sevimli bayramlarımdan biridir. Uşaqlar anadan olduğu günü səbirsizliklə gözlədiyi kimi bütün kino işçiləri də bu tarixi böyük həyəcanla gözləyir. Çünki bu bayramın yeri kino işçiləri üçün xüsusidir. Həmişə deyirəm ki, 2-ci sinifdən Azərbaycan kinosuna qulluq edirəm. Azərbaycan Kinostudiyasında dublyaj şöbəsində filmləri səsləndirməyə 2-ci sinifdən başlamışam. İlk filmim "Kor musiqiçi" olub. Bu filmdə musiqiçinin uşaqlığını mən, atasını rəhmətlik Ələsgər Ələkbərov, anasını isə Hökümə Qurbanova dublyaj etmişdi. Kinoda işimi elə böyük sənətkarlarla başlamışam ki, sənətimi ilk gündən sevmişəm. Bu sahədə nəyəsə nail olmaq ən böyük arzum olub".

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncamı ilə "Tərəqqi medalı"na layiq görülən Əməkdar artist, rəssam və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə deyib. Tanınmış incəsənət xadimi bildirib ki, "Tərəqqi medalı" ilə təltif olunmasından qürur duyur. Daha sonra aktrisa dövlət başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirilib:

"Kino xadimlərinə göstərdiyi qayğıya görə, Cənab Prezidentimizə təşəkkür edirəm. Sevinirəm ki, yaddan çıxmamışam və tərəqqi medalı ilə təltif edilmişəm.

Türk dünyası mədəniyyətinə verdiyim töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərimə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Fəxri Doktoru" adına, Beynəlxalq Mükafatlar Komitəsinin "Qızıl Ulduz" və "Türk Dünyasında İlin Mədəniyyət Adamı" mükafatlarına layiq görülmüşəm. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət" ordeni ilə təltif edilmişəm. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bunlar xarici ölkələrin təqdim etdiyi mükafatlardır. İlk dəfədir ki, Azərbaycanın medalına layiq görülmüşəm və bu, mənim üçün qürurverici hadisədir. Kino xadimləri üçün ən qiymətli, ən dəyərli və ən əziz hədiyyə əməyinin öz ölkəsində qiymətləndirilməsidir".

S.Bağırzadə son illərdə filmlərə az-az çəkilməsinin səbəbini isə belə izah edib:

"Aktyorlara rolu rejissorlar təklif edir. Rol onlara uyğun olarsa, çəkilməyə razı olurlar. Məsələn, 2015-2016-cı ildə rejissor Ülviyyə Könülün çəkdiyi "Həyat sən nə qəribəsən" serialında baş rollardan birində çəkilmişdim. Daha sonra "Zaman qatarı" adlı filmdə oynamışam. Sadəcə çoxu kommersiya filmləri olduğundan televiziya kanallarında çox göstərilmir. Artıq elə yaşdayam ki, mütləq ssenarini oxuyub qərar verməliyəm. Rolun böyük və kiçikliyindən asılı olmayaraq, ssenari məni qane edərsə, çəkilirəm. Əsas odur ki, obraz ürəyimcə olsun".

Kinomuzun bugünkü vəziyyətdən ümidlə danışan aktrisa sözlərinə onu da əlavə edib ki, aktyorlar arasında gənc istedadlar çoxdur:

"Gənc aktyor və rejissorlarımız arasında istedadlılar çoxdur. Sadəcə onlarla işləmək lazımdır. Kino sahəsi bütün dünyada çox inkişaf edib. Yaxşı olardı ki, gənc aktyorlarımız xarici ölkələrdə təhsil alsınlar, ustad dərsləri götürsünlər və ya kino kurslarına getsinlər. Yaxşı tələbənin mütləq yaxşı müəllimi olmalıdır. Bizim nəslin nümayəndələrinin əksəriyyəti dünyasını dəyişib, çox az qalmışıq. Lakin biz bacardığımız qədər cavanlara dəstək oluruq. Ola bilməz ki, yenidən əvvəlki kimi baxmaqdan doymadığımız filmlər çəkilməsin. Azərbaycanda əvəzolunmaz insanlar çoxdur, amma gəncləri də onları səviyyəsinə çatdırmaq lazımdır. Heç nə göydən düşmür, nə isə qazanmaq üçün əziyyət çəkməlisən".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 12406   Tarix: 02 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021