Aeroportunda uşaq QƏBİRLƏRİ TAPILDI - FOTO

Aeroportunda uşaq QƏBİRLƏRİ TAPILDI - FOTOQəbələ Beynəlxalq Aeroportunda aparılan arxeoloji qazıntılar zamanı körpə uşaq qəbirləri, ev qalırları aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin Sonxeber.az-a verdiyi məlumata görə, rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayı ərzində Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

Onun sözlərinə görə, Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir. N.Müseyiblinin rəhbərliyi ilə bu abidədə 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır.

"Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilmişdir ki, burada xalkolit dövründə yaşayışın uzun müddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır. Bu isə, Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.Qalayerində qazıntı zamanı qədim evlərin divarlarının qalıqları, müxtəlif saxsı qablarda körpə uşaqların dəfn edildiyi qəbirlər, qədim sənətkarlıq nümunələri olan saxsı qablara aid minlərlə fraqmentlər, müxtəlif cinsli daşlardan ibarət əmək alətləri aşkar edilmişdir. Bu yaşayış yerində hələ 6 min il əvvəl metal istehsalını sübut edən kiçik alətlərlə yanaşı mis ərintisi də aşkar edilmişdir. Dulus çarxının qalıqlarının aşkar edilməsi və saxsı qabların üzərində çarxda fırlanmanın izləri o dövrdə kütləvi keramika istehsalında ən yüksək texnologiyanın tətbiqini sübut edir".

N.Müseyibli bildirib ki, əldə edilmiş maddi mədəniyyət qalıqları Qalayeri yaşayış məskəninin Şərqi Anadolu - Şimali Mesopotamiyanın qədim sivilizasiyalarının mədəni ənənələri ilə genetik bağlı olduğunu göstərib. Ekspedisiya müddətində rayon ərazisində kəşfiyyat işləri də aparılmış və nəticədə bir neçə arxeoloji sahə aşkar edilib.
Aeroportunda uşaq QƏBİRLƏRİ TAPILDI - FOTOAeroportunda uşaq QƏBİRLƏRİ TAPILDI - FOTOAeroportunda uşaq QƏBİRLƏRİ TAPILDI - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1140   Tarix: 09 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021