Bakıda aldatma sxemi: Avtomobil ustası sirləri açıqlayır

Bakıda aldatma sxemi: Avtomobil ustası sirləri açıqlayırBakıda "Toyota" avtomobilinin sürücüsünün başına maraqlı hadisə gəlib.

Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, motordan səs gəlməsindən şikayətlənən şəxs paytaxtdakı avtoservislərdən birinə müraciət edib.

Diaqnostik yoxlamadan sonra sürücüyə avtomobilindəki çatışmazlıqlarla bağlı siyahı təqdim edilib. "Təmir"lə bağlı ona 3 600 manatlıq qəbz təqdim olunub. Sürücü ustanın "işinə" görə bu məbləği ödəməli olub. Ən təəccüblüsü isə, dələduz-usta motordakı səsin qarşısını ala bilməyib.

Göstərdiyimiz hadisə yeganə hal deyil.

Bununla əlaqədar FED.az Bakıda avtomobilin təmirinin qiymətini artırmaq üçün dələduz-ustaların əl atdığı əsas üsulları təqdim edir.

Hər gün Azərbaycanda yüzlərlə avtomobil diaqnostik baxış, təmir və xidmət üçün avtoservislərə və rəsmi dilerlərə müraciət edir. Bundan yan keçmək mümkün deyil. Məlumdur ki, gəlir gələn yerdə həmişə dələduzlar olur.

Müxbirimizlə söhbətində avto-diaqnostika ilə məşğul olan Əli CahangirovBakıdakı bəzi avtoservislərdə sürücülərin aldadılma üsullarını açıqlayıb.

Onun sözlərinə görə, avtoservislərdə təqdim olunan qəbzdə olan məbləği yüksək göstərmək üçün ən asan vasitə müştəriyə lazımsız təmiri və ya işləri sırımaqdır.

Bu, necə baş verir?

"Misal üçün, siz hansısa problemlə bağlı texniki mərkəzə gəlirsiniz. Ancaq diaqnostik baxışdan sonra usta bildirir ki, sizin maşınınızda təmiri vacib olan bir neçə problem var.

Nəticədə, texniki mərkəzə gedəndə təsəvvür belə etmədiyiniz problemlərin təmirinə razı olursunuz. Əlbəttə, elə ustalar var ki, onlar aldatmır və əlavə işlər görmür. Ancaq, təəssüf ki, bir çox hallarda hər şey əksinə baş verir.

Nəticədə, lazımsız işlərə görə əlavə pul ödəməli olursunuz, müraciət səbəbiniz olan problem isə həll olunmamış qalır", - usta deyib.

Risk kateqoriyası – "bahalı avtomobillər"

Çox vaxt bu cür problemlər bahalı avtomobil idarə edənlərin başına gəlir.

Bu avtomobil sahiblərinə əyləc sistemində problemlə bağlı "gözəl" əhvalat uydururlar və sonda bunun düzəldilməsini məsləhət görürlər.

Və ya əksinə, sizə benzin-nasosun sıradan çıxdığını və dəyişilməyə ehtiyac olduğunu deyə bilərlər. Həm də filtr və kəmərlərin dəyişdirilməsini "məsləhət" görə bilərlər.

Sonda bir məsləhət

Müsahibimiz məsləhət görür: əgər servisdə sizə hansısa detalların dəyişilməsinin vacibliyi bildirilsə, dərhal razılaşmayın və düşünün.

Əgər ustanın və ya avtoservis işçisinin vicdanlı olmasından şübhələnirsinizsə, başqa avtoservisə müraciət edin və nəticələri müqayisə edin. Bununla siz aldadılmağınızın və əlavə pul ödəməyinizin qarşısını ala bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3336   Tarix: 10 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021