"Qaçqınkom"da intihara cəhd: Müğənni Manaf Ağayev xilas elədi - VİDEO
Bu dəqiqələrdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunur.
Sonxeber.az BakuPost-a istinadən xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.
Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Şikayətçinin əslində, mənzili var. Digər mənzili ilə bağlı yaranmış problemin həlli isə komitənin səlahiyyətlərinə aid deyil. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın narazı qalmaması üçün lazım olan addımlar atılacaq".
Hadisə araşdırılır. Ətraflı məlumat veriləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 10666 Tarix: 13 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda özəl klinikada əməliyyat olunan uşaq öldü
Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa
26 aprel11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü
Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi
26 aprelAzərbaycanda vəkillərin sayı açıqlanıb
"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro
25 aprelNəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay
25 aprelEvlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA
Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd
26 aprel