Moskva erməni generalı İrəvana vermir

Moskva erməni generalı İrəvana vermir2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan hazırda Moskvadadır.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.

Etibarlı mənbələrinə istinad edən qəzet bildirir ki, Ermənistanın hüquq-mühafizə orqanları Arutyunyanın yerini müəyyənləşdirə biliblər, lakin onu həbs edə bilmirlər. "Məsələ ondadır ki, Mikael Arutyunyan Rusiya vətəndaşıdır və çox ehtimal ki, rəsmi Moskva onun həbsinə icazə vermir. Bu səbəbdən erməni hüquq-mühafizə orqanları Arutyunyanı tutmağa risk etmirlər." – deyə, "Qraparak" yazıb.

O da qeyd olunur ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan bəyan edib ki, Arutyunyanın həqiqətən də Rusiya vətəndaşı olub-olmamasını yoxlayırlar. Lakin XİX-dən qəzetə bildiriblər ki, bu, mürəkkəb prosesdir.

"Qraparak" etibarlı mənbələrindən əldə etdiyi məlumata əsaslanaraq onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov da Rusiya vətəndaşıdır. Və 2008-ci ilin 1 mart hadisələrində təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunacağını bilsəydi, Xaçaturov da ifadə verməyə gəlməzdi. Qəzet yazır ki, İrəvan məhz Moskvanın sərt reaksiyası və təzyiqindən qorxaraq KTMT baş katibini dindirildikdən sonra sərbəst buraxıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1108   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

Villada gənc qadını öldürüb, ailəsinə zəng edərək intihar etdiyini dedi

Türkiyədə qadın sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, kişi gənc qadını villada öldürüb. Daha sonra ailəsinə zəng edərək qızların intihar etdiyini deyib. Bir müddətdir birlikdə olduğu deyilən cütlük lüks evdə yaşayıblar. Kişi qadını bu evdə güllələyərək öldürüb. Dah

26 aprel
.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26 aprel
.

Avtostop çəkdikləri maşında qətliam törətdilər

Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl

25 aprel
.

Həbsxanadan qaçmaq üçün tunel qazıb polis idarəsinə çıxdılar - VİDEO

Venesuelada həbsxanadan qaçmaq istəyən məhbuslar sürprizlə qarşılaşıblar. "Dail Mail"ə istinadla bildirir ki, hadisə Marakaybo şəhərində baş verib. 20 məhbus cəzaçəkmə müəssisəsindən qaçmaq üçün tunnel qazıblar. Onlar tuneldən çıxarkən səhv etdiklərini başa düşüblər. Belə ki, tunelin digə

26 aprel
.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Acun "Fənərbağça"nın Avropadan kənarlaşdırdığı klubu alır

Məşhur türkiyəli iş adamı və "Hall Siti"nin sahibi Acun Ilıcalının yeni klub almaq planları üzə çıxıb. xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Liqası komandalarından olan "NK Maribor" Ilıcalının yeni hədəfi olub. UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsind

26 aprel