"Sovetski" sakinlərini aldadan qadınlara qarşı 515 min manatlıq mülki iddia - Cinayət işi

"Sovetski" sakinlərini aldadan qadınlara qarşı 515 min manatlıq mülki iddia - Cinayət işiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sonxeber.az Report-a istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, Y.Məmmədova həbsdə, İ.Cəfərli isə ev dustaqlığındadır.

Məhkəmədə 6 nəfər zərərçəkmiş İ.Cəfərliyə qarşı mülki iddia qaldırıblar. Həmin şəxslər onlara dəymiş 515 min manat zərərin ödənilməsini istəyiblər.

Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Cəfərli evləri plana düşən "Sovetski" sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.

Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.

Belə ki, İ.Cəfərli şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən valideyinlərə qarşı da dələduzluq edib. Həmçinin o, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyən şəxsləri aldadaraq dələduzluq yolu ilə onların pullarını ələ keçirib.

Belə ki, Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib.

Başqa bir zərərçəkmiş isə Rüfət Tağıyevdir. O, metronun "Qara Qarayev" stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan ev almaq üçün bir neçə dəfəyə 80 min manatını İ.Cəfərliyə verib.

Fəxriyyə Məmmədova adlı zərərçəkmiş də "Qara Qarayev"dəki binadan 2 otaqlı evi 14 minə, Yasamalda isə 3 otaqlı evi 38 minə almaq üçün ona, ümumilikdə, 53 min manat pul verib.

F.Məmmədovanın bacısı Mehriban Məmmədova isə Mərdəkanda iki bağ evini ucuz qiymətə almaq üçün İ.Cəfərliyə 80 min manat, onların bacısı qızı Gülnar Əliyeva isə Nəsimi bazarı yaxınlığında ev almaq üçün 68 min 500 manat pul verib.

Cinayət materiallarına görə, İ.Cəfərli bu cinayətləri Y.Məmmədova ilə birgə törədib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) maddəsi ilə ittiham edilirlər.

İ.Cəfərli Bakı Ağır Cinayətlər Məhkəməməsinin 2016-cı ildəki hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra ona şərti cəza verilib və azadlığa buraxılıb.

İ.Cəfərli vətəndaşlara özünü hüquqşünas kimi təqdim edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1781   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021