Kondisioner ölümcül sətəlcəmə səbəb ola bilər — DİQQƏTLİ OLUN

Kondisioner ölümcül sətəlcəmə səbəb ola bilər — DİQQƏTLİ OLUNİsti havalarda fasiləsiz işlətdiyimiz kondisioner əslində ölümə səbəb ola bilər.

Sonxeber.az "ölkə.az" xəbər verir ki, yaxşı təmizlənməyən kondisionerlər ölümcül sətəlcəmə səbəb olur. Bundan başqa isə yaxın məsafədən soyuq hava axınına məruz qalmağın isə üzün iflicinə, astmaya və digər xəstəliklərin yaranmasına səbəb olma ehtimalı yüksəkdir.

Kondisioner vasitəsilə yaranan xəstəliklərdən ən geniş yayılanı "legionella pnomonisi" xəstəliyidir. Bu bakteriyalar kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə artaraq otağın havasına yayılırlar.

Bu bakteriyalar mərkəzi havalandırma, isitmə-soyutma sistemlərinin istifadə edildiyi bütün məkanlardakı kondisioner sistemlərinin içinə yerləşərək çoxala bilirlər.

Bakteriyalara məruz qalan fərdlərin 5%-ində xəstəlik üzə çıxır. Normal immunitet sistemi olan insanlarda isə xəstəlik üzə çıxmır.
Bu xəstəliklərin ilk simptomları bakteriyaya yoluxduqdan 2-10 gün sonra üzə çıxır. Xəstədə bir neçə gün halsızlıq və yorğunluq olur. Bir çox insanın hərarəti artır. Öskürək, sinə ağrısı və nəfəs darlığı üzə çıxır. Bundan başqa baş ağrısı, ishal, komaya qədər davam edən sinir problemləri yaranır. Müalicə üçün isə antibiotiklər lazımdır.

İsti otaqdan qəflətən soyuq otağa girmək də xəstəliklərə səbəb olur. Kondisioner sadəcə sətəlcəm yox, eyni zamanda yaxın məsafədən yüksək hava axınına məruz qalan insanlarda üzün iflici də ortaya çıxa bilər.

Mütəxəssislər bildirirlər ki, hər il kondisionerlərə qulluq edilməli, təmizlənməlidir. Soyutma dərəcəsi 22-24 dərəcədən aşağı salınmamalıdır. Kondisionerin altında oturub hava axınına məruz qalmaq olmaz.

Evdə istifadə edilən kondisionerlər isə ayda bir dəfə təmizlənməlidir. Filtrləri yuyun, qurudun və yerinə taxın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1064   Tarix: 14 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

7 aprel
.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart
.

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar "pandemiya potensialına" malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni "meymun çiçəyi" ştammını aşkar ediblər. -ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlə

21 aprel
.

Gecə 4 saatdan az yatanları nələr gözləyir?

İnsan sağlamlığı üçün normalda minimum 6, maksimum 9 saat yatmalıdır. -a istinadən xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib. "Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır. Yuxunu

17 mart
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Udduğumuz saqqız mədədə 7 il qalır? - HƏKİM AÇIQLADI

Qastroenterologiya professoru Saymon Trevis udulmuş saqqızın həqiqətən yeddi il mədədə qalıb-qalmadığını açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, saqqız udmaq sağlamlığa zərərlidir. Onun sözlərinə görə, saqqız yeddi il mədədə qalmır:. "Saqqızı udsanız, mədədən

9 mart