Məleykə Abbaszadədən 596 balla "kəsilən" abituriyentin işi ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - FOTO

Məleykə Abbaszadədən 596 balla "kəsilən" abituriyentin işi ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - FOTO"Bu ilin qəbul kampaniyasının əsas mərhələsi başa çatıb və artıq ümumi nəticələr açıqlanıb. Proses tam şəffaf keçib".

Sonxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, DİM bu gün ümumi nəticələrlə bağlı tədbir keçirəcəkdi, lakin fövqəladə hal baş verdi: "Yüksək bal topladığı halda ali məktəbə qəbul olmadığını iddia edən abituriyent İbrahim Əsgərli və bu məlumatı sosial şəbəkədə paylaşan Kamran Əsədovu tədbirə dəvət etmişik. Bizim bu məsələ ilə bağlı mövqeyimiz açıqlanıb. Hər bir abituriyentlə bağlı məlumatı yalnız onun razılığı əsasında açıqlaya bilərik. Biz hətta qanun pozuntusuna yol verən abituriyentlər haqqında belə fərdi məlumatları yaymırıq".

Daha sonra M.Abbaszadə İ.Əsgərlinin valideynlərinin razılığı əsasında onun imtahan nəticələri barədə açıqlama verib: "Hər bir abituriyent imtahan verəndən iki gün sonra onun bal arayışı hazır olur. Hətta onun cavab kartının qrafik təsviri də internetdə verilir. Sonuncu imtahan iyul ayının 26-da keçirilib. İbrahim Əsgərli yaz imtahanında 410 bal, yay imtahanında 451 bal toplayıb. İnternet saytda həmin abituriyentin arayışı, qrafik təsviri də verilib.

Cavab kartları oxunan zaman bizim işimizi Xüsusi Mühafizə Xidmətinin işçiləri müşahidə edir. Kartlar qapalı arxivə vurulur, möhürlənir. Bizim o kartlara əlçatmaq imkanımız yoxdur. İnternetdə yerləşdirilmiş kartlarda bütün məlumatlar əks olunub. Ona görə də bu abituriyentin 596 bal toplaması barədə iddiası qəbul olunmur. Biz cavab kartlarını yalnız məhkəməyə təqdim edirik. Bu məsələnin ictimailəşdirilməsini nəzərə alaraq Xüsusi Mühafizə Xidmətinə müraciət etdim. Bizim işgüzar nüfuzumuza zərər vurulduğuna görə bu məlumatı yayanları məhkəməyə verəcəyik. Biz ondan təkzib etməsini istədik, lakin etmədi, ona görə də onu məhkəməyə verəcəyik. Bu məsələni nə biz, nə valideyn ictimailəşdirib. Valideynlərdən biri bizim, Xüsusi Mühafizə Xidmətinin əməkdaşı və bir media nümayəndəsi ilə möhürlənmiş yerdən kartları götürüb baxsın".
Məleykə Abbaszadədən 596 balla "kəsilən" abituriyentin işi ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - FOTOMəleykə Abbaszadədən 596 balla "kəsilən" abituriyentin işi ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2567   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel