Deputat: Ermənistanın Hindistanı varsa, bizim də Pakistanımız var

Deputat: Ermənistanın Hindistanı varsa, bizim də Pakistanımız varAzərbaycan hər zaman səmimi və açıq siyasət yeridir, bütün tərəfdaşlarından, əməkdaşlıq etdiyi dövlətlərdən də eyni münasibəti gözləyir.

Bunu eynilə Hindistana da aid etmək olar. Azərbaycan bu ölkəyə qarşı hər hansı bir formada çıxış etməyib, bu ölkənin maraqlarına zidd olacaq heç bir davranış nümayiş etdirməyib.

Bunu Oxu.az-a açıqlamasında Mili Məclisin (MM) Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun üzvü Tahir Rzayev deyib.

"Ancaq işğalçı dövlətin mediasında gedən və hələ də təkzib olunmayan məlumatlardan belə anlaşılır ki, Hindistan Ermənistana silah satmağa hazırlaşır", - deyən millət vəkilinin sözlərinə görə, əgər bu yöndəki xəbərlər düzdürsə, çox üzücü və təhlükəli bir hadisədir.

"Üzücüdür ona görə ki, bu, Azərbaycanla Hindistan arasında müstəqillik illərində yaradılan əlaqələrə, əməkdaşlığa ciddi zərbə vuracaq, münasibətləri korlayacaq.

Təhlükəlidir ona görə ki, Ermənistanı silahlandırmaqla, Hindistan bu bölgədə gərginliyin davam etməsinə xidmət etmiş olacaq, sülhü, təhlükəsizliyi təhdid edəcək. Bunların hər ikisi qəbuledilməz və yolverilməzdir.

Biz Azərbaycan olaraq istəməzdik ki, Hindistanla işğalçı, təcavüzkar dövlətə görə, əslində, onlara dövlət də demək olmaz, yarımmüstəmləkədirlər, münasibətlər pisləşsin, gərginləşsin. Biz bunda maraqlı deyilik.

Eyni zamanda, Hindistan da bunda maraqlı olmadığını əməli addımlarla sübut etməlidir. Yəni, hətta əgər ilkin razılaşmaları varsa belə, dərhal Ermənistanla silah alış-verişini dayandırmalı, bu sevdadan vaz keçməlidirlər.Ən azı Qoşulmama Hərəkatının üzvü və üç təsisçisindən biri kimi Hindistanın belə bir addıma getməyə haqqı yoxdur.

O, həmin təşkilatın üzvü olan və onun növbəti iclasını yüksək səviyyədə keçirməyə hazırlaşan Azərbaycana qarşı belə bir haqsız addımı atmamalıdır.

Güman edirəm ki, belə də olacaq, münasibətlərə xələl gətirəcək heç bir addıma gedilməyəcək. Amma Ermənistan da yaxşı bilsin ki, əgər onların Hindistanı varsa, olacaqsa, bizim də Pakistanımız var, olub və olacaq.

Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri, Xocalı qətliamını parlament, dövlət səviyyəsində soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biri, Qarabağ məsələsi, işğal faktı ilə bağlı hələ də Ermənistanla heç bir əlaqə, diplomatik münasibət qurmayan üç ölkədən biri Pakistan...

Ermənistan və Hindistan bunu yaddan çıxarmasın!", - deyə millət vəkili əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1483   Tarix: 27 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021