Zakir Həsənovdan hərbçilərə VACİB TAPŞIRIQ: Bütün fəaliyyətimizin əsas məqsədi... - FOTO

Zakir Həsənovdan hərbçilərə VACİB TAPŞIRIQ: Bütün fəaliyyətimizin əsas məqsədi... - FOTOBu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.

Ali Baş Komandan cənab İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdıran Müdafiə naziri xüsusi olaraq vurğulayıb ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır.

Qoşunlarda aparılan intensiv döyüş hazırlığı, gündəlik fəaliyyət və döyüş işinin təşkili, xidməti və döyüş fəaliyyətinin hərtərəfli təminatı, əməliyyat hazırlığı tədbirlərinin planlaşdırılması, həmçinin cəbhə bölgəsində yerləşən və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən Müdafiə naziri müvafiq göstərişlər verib.

Eyni zamanda general-polkovnik Z.Həsənov müxtəlif səviyyəli təlimlərin, planda nəzərdə tutulan digər vacib tədbirlərin təşkili və keçirilməsi, o cümlədən şəxsi heyətin, maddi-texniki vasitələrin, xüsusilə dağlıq ərazilərdə yerləşən postların və mövqelərin qış mövsümünə hazırlığının aparılması ilə bağlı tapşırıqları da müəyyən edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2118   Tarix: 01 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021