Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMAAprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

Hadisə ilə bağlı Rasim Tağıyev bildirib ki, zərərçəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib:

"Oğlum heç kimi yandırmayıb, oğlumu şantaj etmək üçün qadın özü üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Özü də bunu etiraf edib. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək".

R.Tağıyevin dediyinə görə, oğlunun 22, həmin xanımın isə 34 yaşı var:

"Oğlumu dəfələrlə şantaj edib ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb. Yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır".

Qeyd edək ki, ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1016   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may
.

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub. "Qafqazinfo" xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkild

8 may
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

2 may
.

Vəkilin 16 yaşlı oğlu xadiməni öldürdü

Moskvalı vəkil Semyon Melnitskinin 16 yaşlı oğlu Yeni Moskvada xadimənin qətlinə görə saxlanılıb. İstintaqın məlumatına görə, o, 67 yaşlı qadına bıçaqla hücum edib. Rusiya teleqram kanallarına istinadla bildirir ki, əvvəlcə kiçik Melnitski həmin axşam ev işçisi ilə mübahisə edib. Məlumata görə, o, qadı

19 may
.

Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTO

Müsavat Partiyasının itkin düşmüş fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasın

14 may
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

"Nədir, mən də Nazim Gədəbəyskiyəm?"

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bəydəmirli haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırılıb. Bəydəmirli özü də vəkilinin vəsatətin

14 may
.

Bakıda kişi nənəsini və arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. E. Əliyev yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı nənəsi L. Tatilovanı və arvadı E. Məmmədovanı bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində saxlanılı

18 may