"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - VideoAprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir.

"Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib.

Sosial şəbəkədə video paylaşan S.Hüseynova Məzahir Nuriyevin 110 min manat borca düşdüyünü deyib və borc verən şəxslərin onu hədələdiyini qeyd edib: "Gəncədə Elfak Akif oğlu adlı şəxs var, restoranları var, Məzahirin ona borcu olub. Hadisədən bir neçə saat əvvəl evə gəliblər, qapının zəngini bir neçə dəfə basıblar. Bunun kamera görüntüləri də mövcuddur. Həmin şəxslər Məzahiri hədələyiblər. Onu 14 yaşlı qardaşı və hamilə arvadı ilə qorxudublar. Gəncədə çayqıraqlılar, saqqallılar deyilən dəstələr var, onların adını veriblər. Məzahir evdə babasından qalan tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər".

S.Hüseynovanın iddiasına əsasən, qohumunun vəfatından bir neçə gün keçməsinə baxmayaraq, həmin şəxslər hədə-qorxu ilə pul tələb etməyə davam edirlər. O, hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, həmçinin əllərindəki faktları Gəncə Şəhər Prokurorluğuna təqdim etdiklərini əlavə edib.

Xatırladaq ki, intihar hadisəsi aprelin 22-də saat 14:05-də Gəncə şəhəri Nigar Rəfibəyi küçəsinindəki ev 42-nin zirzəmisində baş verib. Bu ilin 10 aprel tarixində 28 yaşı tamam olmuş Məzahir Nuriyev "Churchill" markalı təklüləli ov tüfəngi ilə özünə atış açıb və hadisə yerində vəfat edib.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1771   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may
.

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub. "Qafqazinfo" xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkild

8 may
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

2 may
.

Vəkilin 16 yaşlı oğlu xadiməni öldürdü

Moskvalı vəkil Semyon Melnitskinin 16 yaşlı oğlu Yeni Moskvada xadimənin qətlinə görə saxlanılıb. İstintaqın məlumatına görə, o, 67 yaşlı qadına bıçaqla hücum edib. Rusiya teleqram kanallarına istinadla bildirir ki, əvvəlcə kiçik Melnitski həmin axşam ev işçisi ilə mübahisə edib. Məlumata görə, o, qadı

19 may
.

Qətlə görə saxlanılan şəxs direktor müavini imiş - YENİLƏNİB + FOTO

Müsavat Partiyasının itkin düşmüş fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasın

14 may
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

"Nədir, mən də Nazim Gədəbəyskiyəm?"

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bəydəmirli haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırılıb. Bəydəmirli özü də vəkilinin vəsatətin

14 may
.

Bakıda kişi nənəsini və arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. E. Əliyev yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı nənəsi L. Tatilovanı və arvadı E. Məmmədovanı bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində saxlanılı

18 may