Bu müddətdən sonra pensiyalar... - ŞAD XƏBƏR

Bu müddətdən sonra pensiyalar... - ŞAD XƏBƏRƏmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır.

Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə çatmadıqda onun sosial ödənişlərinin taleyi necə olur?

Hüquqşünas Toğrul Şimiyev bu kimi suallarla bağlı "Ölkə.Az"ın suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi şərtlərindən biri də müəyyən edilmiş minimum pensiya kapitalına çatmaqdır:

"Şəxs əgər pensiya yaşına çatıbsa və 25 illik minimum əmək stajı yoxdursa, bu zaman ona pensiya təyin edilməsi üçün kapitala ehtiyacı var. Şəxs minimum pensiya kapitalını əldə edə bilmədikdə ona pensiya təyin edilmir. Bu zaman o, qalıq hissəni öz vəsaiti hesabına ödəyərək pensiya ala bilər.

Şəxsin müəyyən qədər pensiya kapitalı varsa, lakin o, pensiya yaşına çatmayıbsa, pensiya kapitalından istifadə edə bilməz. Sadəcə, şəxs vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərlər. Lakin bunun üçün də müəyyən şərtlər var. Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası ala bilmək üçün lazım olan pensiya kapitalının minimum həddi fərqli qaydada hesablanır".

Ekspert deyir ki, xarici təcrübədə bəzi ölkələrdə şəxs öz pensiya kapitalının müəyyən bir qismini götürüb istifadə edə bilər. Lakin təəssüf ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmayıb.

Belə bir halın Azərbaycanda tətbiq edilib-edilməyəcəyinə gəlincə isə T.Şimiyev bildirib ki, hazırda bu, mümkün deyil:

"Bildiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsdir və o öz-özünü maliyyələşdirir. DSMF-nin büdcəsi isə əsasən şəxslərin sosial sığorta ödəmələrindən formalaşır. Hazırda DSMF özünü tam şəkildə maliyyələşdirə bilmir və dövlət büdcəsindən müəyyən yardımlar alır. Lakin hər il DSMF-nin özünü maliyyələşdirmə faizi artır və müəyyən vaxtdan sonra o, tam olaraq özünü maliyyələşdirə biləcək. Hesab edirəm ki, yalnız bundan sonra həmin məbləğin bir hissəsinin şəxsə müəyyən şərtlər altında geri qaytarılması məsələsinə baxılacaq".

Ekspertin sözlərinə görə, müəyyən bir borc və digər səbəblərdən pula ehtiyacı olan şəxsin pensiya kapitalının bir hissəsinin ona geri qaytarılması mümkün deyil:

"Şəxs heç bir halda öz pensiya kapitalından təyinatdan kənar istifadə edə bilməz. Hətta vətəndaşlıqdan çıxma və digər hallarda belə həmin məbləğ şəxsə geri qaytarılmır. Hesab edirəm ki, bu barədə təbii ki, yeniliyə ehtiyac var. Yuxarıda da qeyd edildiyi kimi, bəzi Qərbi Avropa ölkələrində pensiya kapitalına şəxsin mülkiyyəti prinsipi ilə yanaşılır. Mülkiyyət isə bildiyimiz kimi, şəxsə məxsusdur və şəxs onun üzərində istədiyi kimi sərəncam verə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2545   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO

Mənim tələbələrimin hamısı yuxarıdan tapşırılır. xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində deyib:. "Deyirlər ki, bir uşaq var, sənin sinifinə keçmək istəyir. Bu, təbii haldır. Sinifdə yer olanda köməklik edirəm. Amma üzərində işləməyən və istedad

3 may
.

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. -a istinadən xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında "azərbaycanlı blogerin saxlanılması"na toxunub. "Rusiyadakı işlərdə

4 may
.

"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?

Ukrayna bu yolla Rusiyanı dalana dirəmək istəyir. Artıq bir neçə aydır ki, Ukrayna dronları Rusiyanın neft emalı zavodlarını hədəf almaqda, bu zavodları nöqtə-zərbələrlə məhv etməkdədir. xəbər verir ki, ABŞ hərbi nəşri Ukrayna dronlarının niyə daha çox neft emalı zavodlarını zərbə endirdiyi ilə bağl

6 may
.

"Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən"

"Hər kəsə həyat bir cür çatır. Adam var ki, özündən hədsiz razıdır. Adam da var ki, mənim kimi sadədir, insanlığı var. Xalqın pulunu qazanıb yeyirlər, xalqı bəyənmirlər. Qınlarından çıxırlar, qınlarını bəyənmirlər. O zaman getməyin də xalqın toylarına, məclislərində oxumayın da. Pulları yaxşıdı

6 may
.

Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO

Bəzi attraksionların təhlükəsizlik, həm də təmizlik baxımından nəzarətsiz qaldığı iddia edilir. -ın məlumatına görə, bəzi valideynlər həftə sonları parklara getdiklərini amma buna baxmayaraq nə dezinfeksiya, nə də təhlükəsizlik tədbirləri ilə rastlaşdıqlarını deyirlər. Hətta valideynlər, uşağı xəsarə

6 may
.

Elmar Vəliyevin qardaşının rəhbərlik etdiyi qurum cərimələnir

"Azneftemaş" ASC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi ASC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvə

6 may
.

62 yaşlı nənə 25 yaşlı oğlandan uşaq dünyaya gətirmək istəyir: Ağzında bircə diş də yoxdur

37 yaş fərqi olan cütlük uşaq sahibi olmaq qərarına gəlib. xəbər verir ki, bu barədə "The Sun" yazıb. 62 yaşlı Şeril Makqreqor və onun sevgilisi, 25 yaşlı Kuran Makkeyn "TikTok" platformasında yerləşdirməyə başladıqları qeyri-adi münasibətləri haqqında videolar sayəsində populyarlı

3 may
.

Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...

Bir neçə gün əvvəl "The Moscow Times" qəzetinə müsahibəsində Ermənistanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Ermənistanın AB-dəki daimi nümayəndəsi Tiqran Balayan bildirib ki, guya Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan sözü

6 may
.

Rusiya - Ukrayna müharibəsi bu halda BİTƏ BİLƏR - ŞƏRH

Uzun müddətdir Rusya-Ukrayna müharibəsi davam edir. Bu ilin fevralından artıq sözügedən müharibənin iki ili tamam olub. Gedən proseslər onu deməyə əsas verir ki, hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir zəmin görünmür. Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədləri

3 may