Qızına 400 minlik toy edən azərbaycanlı məmurun lift korrupsiyasına görə istintaq BAŞLADI

Qızına 400 minlik toy edən azərbaycanlı məmurun lift korrupsiyasına görə istintaq BAŞLADIABŞ-ın "United Technologies Corporation" şirkəti ötən gün sentyabrın 12-də bu ölkənin Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməyə razılaşıb.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb şirkətin törəmə müəssisəsi olan "Otis Elevator Co." lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı "Liftremont" kimi gedir) rüşvət verilməsidir.

SEC bildirir ki, "Otis Elevator Co." Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub. "United Technologies Corporation" Azərbaycan məmurlarına rüşvət verdiyini nə təsdiq, nə təkzib edir.

SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün "United Technologies Corporation"a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13.9 milyon dolları dövlətə ödəyib.

SEC bildirir ki, 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. "Otis Elevator Co." bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.

İlk sxem 2012-ci ilin martında "Otis Rusiya" şirkəti tərəfindən liftlərin Bakı Lift Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısı "şapka" kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Pulları "Liftremont"un vəzifəli şəxslərinə ötürmək üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə olunub. Bildirilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb. Bu da müqavilənin ümumi dəyərinin 44 faizi idi. Subpodratçılara pulların köçürülməsi müvafiq sənədləşdirmə olmadan, müqavilə bağlanmadan həyata keçirilib.

2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər "Otis" Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. İstehsalat Birliyinin "yüksək vəzifəli şəxsinin" göstərişi ilə "Otis Rusiya" şirkəti dörd ayrı vasitəçi şirkət üzərindən "Liftremont"la 9 ayrı müqavilə bağlayıb. Hər dəfə "Otis Rusiya" liftlər vasitəçilərə eyni qiymətə satıb, korrupsiya sövdələşməsinə əsasən həmin vasitəçilər liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift İstehsalat Birliyinə satıblar. Arada olan fərq Birliyin rəhbərliyinin hesablarına keçirilib.

SEC "Otis Rusiya" şirkətinin menecerləri ilə Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyi arasında elektron yazışmaları da əldə edib. Bu yazışmalarda tərəflər liftlərə görə alınacaq "şapka"nı müzakirə edirlər. Rüşvət pulları ya üçüncü ölkəyə, ya birbaşa Azərbaycana transfer edilib. Məsələn, elektron məktublardan birində "Liftremont"un vəzifəli şəxsləri və "Otis Rusiya" şirkətinin menecerləri Türkiyədəki hesaba 214 min 126 avro və 104 min 465 dolların köçürülməsini müzakirə edirlər.

Habelə "Otis Rusiya" Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərlərinə qanunsuz ödəmələr etmək üçün başqa sxemlərdən də istifadə edib. Sxemlərdən birinə görə Bakı Lift Təmir İstehsalat Birliyi "Otis Rusiya" şirkətinin Azərbaycan distributoru seçilib. Baxmayaraq ki, İstehsalat Birliyi dövlət orqanı idi. İstisna deyil ki, əslində bu distributorluq razılaşması "Liftremont"un rəhbərliyinə rüşvət ötürmək üçün idi. Çünki razılaşma elə kağız üzərində də qalıb.

SEC müəyyən edib ki, "Otis Rusiya" şirkəti və "Liftremont" arasında qurulmuş korrupsiya sxemləri sayəsində vasitəçilər ən azı 11.8 milyon dollar alıblar. Və bu məbləğin əsas hissəsi "Liftremont"un rəhbərliyinə çatıb.

Bildirilir ki, "United Technologies Corporation" şirkəti bütün bu korrupsiya sxemlərindən xəbərsiz olduğunu bildirib. Şirkət SEC-ə izahatında göstərib ki, ilk dəfə bu haqda 2017-ci ilin aprelində Azərbaycan mətbuatında "Otis Rusiya" şirkətinin baş əməliyyat direktorunun "Liftremont"un rəhbəri Qüdrət Şükürova 1.7 milyon dollar rüşvət verdiyi haqda xəbərlərdən sonra duyuq düşüb. Bu məlumat Şükürovun keçmiş qohumlarının bəyanatlarına əsaslanırdı. Bildirilirdi ki, Şükürov həmin pullara İstanbulun elit yaşayış komplekslərindən birində 4 mənzil alıb.

2012-ci ilin martından 2014-cü ilin avqustuna qədər "Otis Rusiya" "Liftremont"a liftlər satmaq üçün cəmi 10 müqavilə bağlayıb. Bu müqavilələrin ümumi məbləği 14.6 milyon dollar olub.

Göründüyü kimi ABŞ-ın Qiymətli Kağızlar Komitəsi "Otis" şirkəti ilə Bakı Lift Təmir İstehsalat Birliyi arasında milyonlarla dollarlıq korrupsiya sövdələşməsinin izinə Azərbaycan mətbuatında gedən xəbərlərdən sonra düşüb. Hansı ki, şəhərin baş "liftçisi" Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Mini-oliqarx Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları KİV-lərə ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.

O bildirirdi ki, 2013-cü ilin aprelində Q.Şükürovun təklifi ilə birlikdə Moskvaya gediblər. Həmin səfərdə Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. "OTİS" lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.

R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, "OTİS" zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – "Qoru-Floriya"ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu "OTİS"in işçisi Andrey adlı şəxs "Qoru-Floriya"ya köçürüb! Sitat: "Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul "otkat"dır".

Qeyd edək ki, ötən il yerli mətbuat Şükürovun korrupsiya əməlləri barədə saysız-hesabsız məqalələr yazdı. Amma bu mini-oliqarx hələ də işləyir, azadlıqdadır...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8828   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel