Bəzi tikinti materialları BAHALAŞACAQ

Bəzi tikinti materialları BAHALAŞACAQRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" ilə müəyyən edilir.

Nazirlikdən bildirilib ki, qaydalara əsasən, yük avtomobilləri üçün maksimal uzunluq 12 metr, qoşqu üçün 12 metr, birləşdirilmiş nəqliyyat vasitəsi üçün 20 metr, avtoqatar üçün 20 metr, maksimal en bütün nəqliyyat vasitələri üçün 2,55 metr, nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün 2,60 metr, maksimal hündürlük 4,00 metr müəyyən edilib:

"Nəqliyyat vasitəsinin icazə verilən yüklə birlikdə ümumi çəkisi ikioxlu yük avtomobilləri üçün 18 ton, üçoxlu yük avtomobili üçün 25 ton, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan yük avtomobili üçün 26 ton, dördoxlu - iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil üçün isə 32 ton müəyyən edilib.

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri, yəhərli və qoşqulu avtoqatarlar, habelə avtobuslar üçün də müvafiq parametrlər adıçəkilən Qərarla müəyyən edilib".

Nazirlik sürücüləri xəbərdar edir ki, ümumi istifadədə olan avtomobil yollarına və yol qurğularına ziyan vurulmaması üçün nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi çəkisi, eləcə də oxa düşən yükün icazə verilən çəkisi müəyyən edilmiş hədləri aşmamalıdır.

Bəs bu qaydalar tikinti sektoruna necə təsir edəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, hökumətin qərarı bütün hallarda alqışalayiqdir:

"Çünki zaman-zaman biz gileylənmişik ki, çoxtonnajlı yük maşınları yolları, körpüləri pis günə qoyur. Sonuncu fakt olaraq Bakı-Quba beton yolunu xatırlamaq kifayətdir. Doğrudan da avtomobillərə həddən artıq yükvurma hesabına yollara böyük ziyan vurulur. Amma bu məsələdə təkcə günahkar avtomobil sahibləri deyil. Yol inşaatçılarının da üzərinə bu məsələdə az məsuliyyət düşmür. İqtisadiyyatda belə bir aforizm var:

"Öz səviyyəni saxlamaq üçün sürətlə qaçmaq lazımdır".

Yəni bu gün avtomobil yollarımız ağır yüklərə davamlı inşa olunmalıdır. Məlumdur ki, dünyada körpülər artıq 35-40, yollarsa, hətta 50-55 ton yükə davamlı inşa edilir. Belə yollarda heç zaman daşımalara görə problem yaranmır. Amma biz neçə illərdir ki, bu problemdən qurtula bilmirik".

Fuad İbrahimov xatırladıb ki, ölkəmizdə tikinti bumu əsasən Abşeron yarımadasında cəmləşib:

"Amma mişar daşından və sementdən başqa digər tikinti məhsulları Abşeron yarımadasında istehsal olunmur. Ona görə də tətbiq edilən qaydalar inşaat sektorunda bahalaşmaya səbəb olacaq. Çünki sürücülər daha əvvəlki kimi bir dəfəyə 30-40 ton qum-çınqılı paytaxta gətirə bilməyəcək. Əvəzində bu qədər yük ən yaxşı halda iki maşına yüklənəcək. Bu da daşımalarda yükün maya dəyərini artıracaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 398   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

7 may
.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

Hansı universitetlər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakıdan artan tıxac problemi və əhali sıxlığı universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsini zəruri edir. Böyük Qayıdış konsepsiyasına əsasən Qarabağdan bərpa-quruculuq işləri davam etdirilir. Mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz yurdlarına yerləşdirilir. Bu fond

6 may
.

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?- Açıqlama

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Satıcılar qiymət artımının səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirirlər. Alıcılar isə ətin bahalaşmasından şikayətçidir. Mövcu

6 may
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

6 may
.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may
.

"Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib" – İDDİA

"TTQ QRUP" MMC-nin direktoru, "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyevin bir neçə şəxsə qarşı dələduzluq etməsi iddia olunur. "Qafqazinfo"ya müraciət edən Qasım Kazımov və digər üç şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib. Onları

7 may
.

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edili

7 may
.

Deputat: Bəzi qurumlarda, nazirliklərdə "Qaynar xətt" yox, "İlıq xət"dir, "Soyuq xət"dir"

Deputat dəfn üzrə müavinətin artırılması təklifi ilə çıxış edib. Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, dəfn müavinəti almaqda da problemlər var: "İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanla

7 may