Azərbaycanda bayram günlərində 6 AİLƏ FACİƏSİ yaşandı - RƏSMİ MƏLUMAT

Azərbaycanda bayram günlərində 6 AİLƏ FACİƏSİ yaşandı - RƏSMİ MƏLUMATDaxili İşlər Nazirliyi bayram günlərində ölkədə baş verən bəzi yol qəzaları ilə bağlı məlumat yayıb.

Sonxeber.az xəbər verir ki, baş vermiş ağır yol qəzalarından 6-da sürücünün ailə üzvləri həlak olub.

Belə ki, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi "VAZ-21099" markalı avtomobili aşıb. Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölmüş, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Dünən 13-də saat 22 radələrində isə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 rəst atı vurub. Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.daha bir ağır qəza Ağsu rayonu ərazisində qeydə alınıb. Avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi "Hovo" markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılmış və arxa təkərin altında qaldığından ölüb.

Digər ağır qəza Masallı şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini E.Nuriyevin və Lənkəran rayon sakini N.Əzimlinin idarə edikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə N.Əzimlinin sərnişinlərindən atası Vidadi hadisə yerində ölmüş, 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Bundan başqa avqustun 12-də saat 14 radələrində Sabirabad rayonunun Qaratoğay kəndi ərazisində Sumqayıt şəhər sakini Ə.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili dərəyə aşırıb. Nəticədə Ə.Məmmədovun sərnişinlərindən nəvəsi Əşrəf hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir oxşar hadisə avqustun 12-də saat 19 radələrində Goranboy rayonunun Rəhimli kəndi ərazisində baş verib. Kəpənəkçi kənd sakini G.Tağıyev idarə etdiyi "VAZ-21015" markalı avtomobili aşırıb.

Nəticədə G.Tağıyevin sərnişini olan atası Hümbət hadisə yerində ölüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1185   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel