Gürkan Kumbaroğlu: "SOCAR-ın Türkiyədəki investisiyaları geniş bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir"

Gürkan Kumbaroğlu: "SOCAR-ın Türkiyədəki investisiyaları geniş bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyaları sadəcə Azərbaycanın və Türkiyənin deyil, eyni zamanda Avrasiyanın, xüsusən də Avropa coğrafiyasını əhatə edən geniş bir bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir, enerji təhlükəsizliyini təmin edir.

Bunu "Report"a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu bildirib.

"SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri "Bir millət, iki dövlət" ifadəsini sadəcə ifadə olmaqdan çıxardaraq bu millətin gücünü hamıya göstərdi. TANAP vasitəsilə nəql edilən Azərbaycan qazı xüsusilə Balkan ölkələrində hələ də geniş yayılan kömürü əvəz edəcək. Bu qaz etibarlı və təmiz enerji mənbəyi olaraq bir tərəfdən kükürd dioksid, azot oksidi və partikül maddə kimi havanı çirkləndirən emissiyaları, digər tərəfdən qlobal istiləşməni dəstəkləyən karbon emissiyalarını əhəmiyyətli miqdarda azaldaraq ölkələrin davamlı inkişafına dəstək verir",-G.Kumbaroğlu vurğulayıb.

Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu

"SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri "Bir millət, iki dövlət" ifadəsini sadəcə ifadə olmaqdan çıxardaraq bu millətin gücünü hamıya göstərdi".

O qeyd edib ki, SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri Azərbaycanın Avropaya açılan qapısıdır: "Bu qapı eyni zamanda Avropa ölkələrinin Türkiyə və Azərbaycana qarşı siyasəti üzərində də bir sinerji təşkil edəcək. Azərbaycan artıq Avropa üçün mənbələrin müxtəlifliyini təmin edən etibarlı, əhəmiyyətli enerji tədarükçüsünə çevrilməkdədir".

Ekspert, həmçinin əlavə edib ki, bu investisiyaların Azərbaycana faydasını sadəcə rifahın artırılması, təmin edilən iqtisadi dəyər olaraq deyil, digər sahələrdə də sinerji təmin edəcək inkişaf olaraq da qiymətləndirmək lazımdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1520   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021