Turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə nə zaman qayıdacaq? - AÇIQLAMA

Turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə nə zaman qayıdacaq? - AÇIQLAMAPandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu. Karantinlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılsa da turizm sektorunda vəziyyət hələ də qaneedici səviyyədə deyil. Bəs görəsən bərpa olma prosesi nə vaxta gözlənilir?

Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov cavablayıb. Ekspert bildirib ki, beynəlxalq idman yarışlarının keçirilməsi bu sahədə müəyyən irəliləyişə səbəb ola bilər: "Azərbaycanda turizm sahəsində müəyyən məhdudiyyətlərin aradan qalxması gözlənilir. İyun ayından etibarən "Formula-1", daha sonra isə Avropa futbol oyunlarının keçirilməsi nəzərdə tutulub. Artıq yoluxanların sayında da müsbət tendensiya müşahidə olunur. Bu tədbirlərin təsdiq olunması müəyyən yumşalmaların olacağından xəbər verir. Çünki bu qərarlar xaricdən turistlərin ölkəmizə gəlməsinə müsbət təsir edəcək. Hazırki qaydalara görə, heç bir xəstəliyi olmayan və analiz nəticəsi olan şəxslər ölkəyə müstəqil şəkildə gələ bilmir. Bunun üçün turistlərin xüsusi icazəsi və 48 saat ərzində aktiv PCR test analizi olmalıdır. Düşünürəm ki, bu tədbirlərin keçirilməsi ölkəyə gələn turist axınına müsbət təsir edə bilər".

Ekspert bildirib ki, daxili turizmdə müəyyən irəliləyiş var: "Növbəti aylarda ölkəyə az da olsa turist axını gözlənilir. Hazırki vəziyyətdə daha çox daxili turizm aktivdir. Amma daxili turizmin qiymətləri əvvəlki illərlə müqayisədə daha bahadır. Bununla yanaşı erkən rezervasiyalar qeydə alınır".

C.Aşurov qeyd edib ki, ilin sonuna qədər turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər: "Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı bir neçə senarisi var. Optimist senarilərə əsasən bu ilin sonuna kimi əksər məhdudiyyətlər aradan qaldırılacaq. Hazırda vaksinasiya prosesinin sayı və coğrafiyası genişlənməkdədir. Yoluxma sayı kəskin azalarsa növbəti mərhələdə turizm sektoru qısa müddətdə bərpa oluna bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1456   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 6 % artıb

Bu ilin yanvar-iyul aylarında 436 min 335 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə səyahət edib. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23 min 839 nəfər və yaxud 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə gedən azərbaycanlıla

26 avqust 2023
.

AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin alışı ilə bağlı müraciət edib - VİDEO

Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, "Azərbaycan Hava Yolları" (AZAL) QSC reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir. AZAL-dan verilən məlumata görə, aviadaşımaları

4 noyabr 2023
.

Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur

Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında vizasız yaşamaq üçün 90 gün vaxt verilir

8 iyul 2023
.

Banqladeş və Myanmada Mocha qasırğası səbəbindən yüz minlərlə insan təxliyə ediləcək

Banqladeş və Myanma, Benqal körfəzində Mocha qasırğasının qüvvəyə minməsi ilə əlaqədar sahil bölgələrindəki yüz minlərlə insanın təxliyə ediləcəyini açıqlayıb. xəbər verir ki, Hindistan Meteorologiya Departamenti (IMD) Mocha qasırğasının bazar günü Banqladeşin cənubundakı Koks-Bazar sahil şəhəri və Myanmanı

12 may 2023
.

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər. Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsasl

16 iyul 2023
.

Litva Ukraynaya əlavə zirehli texnika və döyüş sursatları göndərəcək

Litva Ukraynaya əlavə olaraq zirehli texnika, döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı texnika təhvil verəcək. Bunu Litva prezidenti Qitanas Nauseda polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransında deyib. "İki illik müharibə ərzində biz Ukraynanı intensiv surətdə silahla təmi

22 yanvar
.

Dünyada turizm pandemiyadan əvvəlki səviyyəyə çatır - bəs Azərbaycanda?

Hökumət 2024-cü ildə ölkənin turizm sahəsində 15.8 faiz artım proqnozlaşdırır. 2023-cü ilin sonuna beynəlxalq turizm 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin demək olar ki, 90 faizi səviyyəsində bərpa olunacaq. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, bu ilin yanvar-sentyab

2 dekabr 2023
.

Azərbaycan fevralda Türkiyədən e-ticarət vasitəsi ilə məhsul idxal edən əsas ölkə olub

Bu ilin fevral ayında Azərbaycan Türkiyənin e-ticarət lideri "Trendyol" şirkəti vasitəsilə ən çox türk malları alan ölkə olub. "Report" bu barədə Türkiyə mətbuata istinadən xəbər verir. Məlumata görə, "Trendyol" şirkəti vasitəsilə türk malları alan 2-ci ölkə Səudiyyə Ərəbistan

16 mart
.

Rusiyalı turistlərin Azərbaycana axını davam edir, azərbaycanlı turistlər isə...

Cari ilin 6 ayında Azərbaycana gələn turistlərin sayı 44 faizə qədər artıb. -a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb. Məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,

23 iyul 2023