Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: "Onu zorla..."

Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: "Onu zorla...""Mağazadan qovulan gənc qadınla bağlı mənim yanaşmam bir qədər fərqlidir. Görüntülərdəki xanımın geyim tərzi, davranışı bir az şübhəli idi. Mən insan alveri məsələləri məşğul olduğuma görə, bunu sezə bilirəm".

Bu sözləri Yenisabah.az-a "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyib.

O, müzakirələrə səbəb olan görüntülərdə fərqli məqama diqqət çəkib:

"Həmin xanım sanki istəməyərək özünə uyğun olmayan geyimlə insan arasına çıxmışdı. Hiss olunurdu ki, mədəni qızdır, çünki o cür aqressiyaya qarşı hirsli cavab vermədi, sakit halda mağazanı tərk etdi. Onun cəmi 2 manatı var idi və həmin pulla nə isə almaq istəyirdi. Bu, mənə çox şübhəli gəldi. Mənə maraqlı olan odur ki, sözügedən xanımı kim o cür geyindirib? Hiss etdim ki, həmin xanım o tərzdə biri deyil, o geyim də ona aid deyil. Gənc xanım idi, özü də çox utancaq idi. Görüntülərdən hiss olunurdu ki, həm də qorxaq idi, həmin qorxu ilə hətta mağazadan çıxanda belə heç kəsə fikir vermədi, baxmadı, başını aşağı salıb getdi. Bütün bunlar mənə şübhəli gəldi, sanki kimsə onu bu həyat tərzinə məcbur edir".

Z.Mustafayeva mağazadan qovulan xanımın insan alverinin qurbanı olduğu ehtimalını da irəli sürüb:

"Mağazadakı xanımın isə gəncə qarşı bu cür aqressiv davranışı, "Çıx bayıra!" deməsi isə düzgün deyildi. Bu tip məsələlərdə yanaşma tərzi fərqli olmalıdır. Əgər onu mağazadan qovan qadın milli dəyərlərimizi fikirləşirdisə, fikir yürütmək istəyirdisə, bunu belə aqressiv deməyə gərək yox idi. Bu vəziyyətdə gənci kənara çəkə və sözünü deyə bilərdi. Kadrlardan aydın görünür ki, yaşı gənc olan biridir, təqribən, 21-22 yaşı olar. Onu kənara çəkib sözünü deyə bilərdi. Qovulan qız da utancaq qız idi, bəlkə də düzgün tərzdə ona nə isə deyilsə idi, dərdini açıb danışardı, hər şeyi açıqlayardı, deyərdi ki, məni buna məcbur edirlər, geyinmək istəmirdim. Bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır, yanaşma tərzi aqressiv olmamalıdır. Yaşlı insanların gənclərə bu cür əsəbi yanaşması düzgün deyil, əksinə, onların fikirləri tərbiyə, məsləhət xarakterli olmalıdır. Təəssüf ki, bizdə başqa cürdür.

Biz sivil bir ölkədə yaşayırıq, hər bir şəxsin öz hüquqları var, istər geyim tərzi, istərsə davranışı şəxsin özünə aiddir. Onda gərək biz hicab və ya niqab bağlayanlara, İŞİD-in yaydığı geyim tərzində olanlara qarşı da mübarizə aparaq. Hansı ki, onların heç gözləri də görsənmir. Amma onlara heç nə deyən yoxdur. Demirik, çünki fikirləşirik ki, biz tolerant ölkədə yaşayırıq və Azərbaycanda müxtəlif əqidədə, müxtəlif təriqətlərdən, dinlərdən olanlar var, onların hüquqları var. Bu baxımdan, biz heç kimin hüquqlarını tapdalayıb, onlara təzyiq göstərə bilmərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2055   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADPU-nun dosenti vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti Şahrza Ağayev vəfat edib. xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ş.Ağayev ali təhsil ocağındakı ibtidai təhsilin pedaqogikası kafedrasında çalışıb

9 may
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

8 may
.

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib. İstehsalçı "Abşeron-Şərab" ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılo

8 may
.

Azərbaycanda DƏHŞƏT: 12 yaşlı uşağı ilan sancıb

Ağdamda 12 yaşlı uşağı ilan sancıb. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. Kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada

9 may
.

Sabah bu küçədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah 08:00-dan 13 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, "N.Nərimanov" metro stansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

8 may
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə leysan, şimşək, dolu...

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı

8 may
.

Tanınmış Teleaparıcı Zaur Mükafata Layiq Görüldü - FOTO/VİDEO

Tanınmış Teleaparıcı və Prodüser Zaur Əliyev "Azərbaycan Brendi Milli Mükafatı"na (Brand of Azerbaijan Awards) mükafatına layiq görülüb. xəbər verir ki, mükafatlandırma mərasimi ötən gün Teleqüllədə keçirilib. Qeyd edək ki, Zaur Əliyev "ANS", "ATV", "ARB", "MTV"

9 may
.

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - Sağalsa da...

Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı artıq xəstəxanadan evə buraxılıb. Bu barədə -a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib. Onun sözlərinə görə artıq teleaparıcının vəziyyəti yaxşıdır

9 may
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bunu etsəniz, 400 manat CƏRİMƏ OLUNACAQSINIZ

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis hald

8 may