İsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTO

İsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTOStokholm şəhərində İsveçdə fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzi (İnternational Media Group Sweden) və SAF Azərbaycan Cəmiyyətlərinin təşkilatçılığı ilə "İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov da iştirak edib.

Səfirlikdən bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Zaur Əhmədov azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından deportasiya edilməsindən danışıb:

"Təəssüflər olsun ki, dünyanın bir çox ölkələri bu həqiqətləri görməzdən gəlirlər. Bizim vəzifəmiz belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri çatdırmaqdır".

Digər çıxış edən natiqlər vurğulayıblar ki, belə tədbirlərin çox olması xalqımızı daha da birləşdirir və geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır.

Çıxışlardan sonra filmin təqdimatı böyük coşqu ilə qarşılanıb.
"İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri" sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Əlil Qadınlar Cəmiyyəti"nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə dörd dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi öz əksini tapıb.

Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.

Sənədli filmin layihə rəhbəri "Əlil Qadınlar Cəmiyyəti"nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.
İsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTOİsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTOİsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTOİsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTOİsveçdə "İZ" sənədli filminin təqdimatı olub - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3472   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021