Arif Babayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilib - FOTO

Arif Babayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilib - FOTOAzərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

Sonxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənətkarı əlamətdar yubileyi münasibətilə təbrik edən nazir onun Azərbaycan muğam ifaçılığı sənətinin inkişafındakı mühüm xidmətlərini vurğulayıb.

Adil Kərimli dövlətimiz tərəfindən ustad xanəndənin sənətinin daim yüksək qiymətləndirildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə Arif Babayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görüldüyünü bildirib. Nazir dövlət təltifini sənətkara təqdim edib, xoş diləklərini çatdırıb.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Arif Babayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilib - FOTOArif Babayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilib - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4341   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

5 may
.

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan "oğurlayıb"

Pop kralı Maykl Cekson özünün yaratdığı "Ay yerişi" (moonwalk) rəqsi ilə xüsusilə sevildi. Hər kəsin "Cekson rəqsi" adlandırdığı bu qəribə breq-dans nümunəsi onun ən böyük uğuru və kəşfi hesab olunurdu. Lakin -ın araşdırmasına görə, bu rəqsi əslində ondan illər öncə İranda oynayıblar

9 may
.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

8 may
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral