Nazirdən yeni təyinatlar: Xalq Çalğı Alətləri Orkestrinə baş dirijor təyin edildi

Nazirdən yeni təyinatlar: Xalq Çalğı Alətləri Orkestrinə baş dirijor təyin edildiCahangir Cahangirov adına Xora bədii rəhbər, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə isə baş dirijor təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmrlər imzalayıb.

Belə ki, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Təranə Yusifova 1968-ci il 5 dekabrda Sumqayıt şəhərində anadan olub. 1984-1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988-1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.

1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib.

2018-ci ildə "Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Nazirin digər əmri ilə Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub.

Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyul ayının 31-də Qazax rayonunda anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı) təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa vurub.

2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Azərbaycan Respublikası Gənc istedadların "Qızıl kitabı"na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.

2003-cü ildən respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüb.

M.Aşurov Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və baş müəllim vəzifələrində işləyib. Eyni zamanda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı qərarla "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1636   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

5 may
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27 aprel
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

7 may
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi - FOTO

Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Namiq Hacıheydərli vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir neçə gün öncə komaya düşən Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndind

27 aprel