Nəsimi "erməni qızı"na şeir yazıb? – Tarixçi alimdən SENSASİON ARAŞDIRMA

Nəsimi "erməni qızı"na şeir yazıb? – Tarixçi alimdən SENSASİON ARAŞDIRMA"Bir neçə gündür sosial mediada guya böyük Nəsimi yazdığı iddia edilən erməni qızına həsr edilmiş şeir paylaşılır. Nəsimi bir şair deyil idi, o böyük filosof və ideoloq idi. İmadəddin Nəsimi Ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır. Nəinki Şərq, bu günün özündə belə Avropa alimləri Nəsiminin qəzəllərində böyük mənaları araşdırmaq üçün elmi işlər yazırlar".

Bu fikirlər tarixçi-alim, dosent Zaur Əliyevin araşdırmasında qeyd olunub.

Alim İmadəddin Nəsiminin erməni qızına şeir yazması ilə bağlı səsləndirikən fikirlərin yalan olduğunu bildirib.

Sözügedən araşdırmanı təqdim edirik:

"Yayılan məlumat səhvdir. İlk olaraq Nəsimi tədqiqatçısı, dəyərli Səadət Şıxiyevanın fikirlərinə nəzər salaq:

"O şeir İmadəddin Nəsiminin deyil. Mən türkiyəli Nəsimişünas alim Hüseyn Ayanın araşdırmasına istinad edirəm. O, Nəsiminin elmi-tənqidi mətnini hazırlayıb, eləcə də Nəsiminin türkcə divanı üzrə doktorluq müdafiə edib. Türkiyənin bu tanınmış alimi birbaşa qaynaqlarla işləyib. Yazır ki, Nəsimiyə aid edilən "Erməni" rədifli şeirə XVI əsrdən öncə üzü köçürülən əlyazmalarda rast gəlinmir."

Əlavə edim ki, Nəsimi Şərqdə o qədər sevilən və müraciət edilən şəxs olub ki, onun adından istifadə edib qəzəl və şeir yazan digərləri öz əsərlərini "Nəsimi yazıb" adı ilə sata biliblər. Bu günün özündə də Nəsimi qəzəl üslubuna oxşamayan bəzi şeirləri onun adına çıxırlar. Amma diqqətli oxucu dərhal başa düşür ki, onlar Nəsiminin dəst-xətti deyil.

Hətta bu barədə erməni tədqiqatçılar Mandanyan və H.Acaryan da etiraf edirlər ki, Nəsiminin belə şeiri yoxdur:

"Görünür, bu şeirlərin xüsusi ölçüsü, yaxud havası olub. Çünki bəziləri Nəsiminin adı ilə şeirlər qələmə alıblar. Bu cür şəxslərin sayı sayı həddindən çox idi".

Matenadaranda Nəsiminin mühafizə olunan əsərlərinin aşkara çıxarılmasında erməni filoloq Babken Çukasiyan da iştirak edib. O, da etiraf edir ki, Nəsiminin "erməni" barədə şeiri orjinal əlyazmalarda yoxdur. Digər erməni tədqiqatçısı Budax Amtesinin Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olduğu, o cümlədən Nəsimi yaradıcılığına çox yaxşı bələd olduğu bilinir. Onun da yazılarında Nəsiminin erməni qızına şeir yazması ilə bağlı bir cümlə belə yoxdur.

Ermənilər özləri bunu etiraf etdikləri halda niyə bizim bəzi "tədiqatçılar" belə şeirin olduğunu iddia edirlər?

İkinci Nəsimi dəsti xətrinə bələd olanlar bilirlər ki,onun qəzəllərində bu cürə yanaşma ola bilməz. Bu şeiri oxuyub təhlil edən Nəsimüşünaslar bir qayda olaraq bunu təkzib edirlər. Filologiya üzrə fəlsəfə doktorları Firudin Qurbansoy və Qüdsiyyə Qəmbərovanın da Nəsimişünas olduğunu nəzərə alıb əksər yazılarında da qeyd olunur ki, Nəsimi əsla və əsla belə zəif qəzəl yaxud şeir yaza bilməz.

Mərhum alim, hürufişünas Zümrüd Quluzadə ilə bir neçə dəfə evində bu barədə müzakirə aparmışıq. Böyük alim olan Zümrüd xanım da dəfələrlə qeyd edib ki, Nəsimi erməni qızına şeir yazmayıb və onun adından istifadə edib belə məlumat paylaşırlar ki, ermənilərin burada qədim "xalq" olduqlarını təsdiq etsinlər.

Almaniyalı nəsimişünas alim Maykl Hersin də tədqiqatlarında bir cümləyə rast gəlmədim ki, orda Nəsiminin erməni qızına şeir yazması faktı qeyd edilsin.

Elmi ictimaiyyət bilərəkdən bu yanlış cığırlarla irəliləməkdən yorulmur. Çox heyf ki, ciddi alimlər Əsli adlı Alban keşiş qızını erməni kimi qəbul edirlər, Nəsiminin belə qəzəli olduğunu deyirlər. Axı o dövrdə bu coğrafiyada erməni nə gəzirdi? Biz belə yanlışlıqlara izn verdikcə illərdir ermənilərin Qafqaza 300 il öncə gəlməsini sübut edə bilmirik".

Mənbə: bizim.media


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1076   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

8 may
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Atasının evinə buraxılmadı, qapısında yatdı - Milyonçu qızının faciəsi

"Ömrün bir anı" rubrikasında məşhurların həyatından maraqlı xatirələri təqdim edir. Bu dəfə Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın həyatından bir xatirəni yada salırıq. Bir dəfə Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Lakin onu muzeyə buraxmırlar. Çox təkid etsə də, rəhbərlik onu

5 may