20 min manatdan artıq banka pul qoyanlar, ev alanlar deməlidir ki... – Yeni qayda

20 min manatdan artıq banka pul qoyanlar, ev alanlar deməlidir ki... – Yeni qayda"Bu qərar yeni deyil, uzun müddətdir var". Bu sözləri Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bəzi bankların 20000 manata qədər qoyulan depozitlərə görə pulun mənbəyi ilə bağlı tələbini şərh edərkən deyib.

Əkrəm Həsənov bildirib ki, 2009-cu ildə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna görə 20000-dən çox nağd pulu banka gətirən, notariusa aparan şəxsdən mütləq pulun mənbəyi soruşulmalıdır:

"Ola bilər ki, bu pul, qanunsuz yolla əldə olunub. Vətəndaş isə buna cavab verməli, pulun haradan gəldiyini deməlidir", deyə Əkrəm Həsənov bildirib.

Ekspert qeyd edib ki, indiyə qədər bu qanun tətbiq edilmirdi:

"Bu qanunun tətbiqinin nə onda, nə indi əhəmiyyəti yoxdur. İndi göstərmək istəyirlər ki, maliyyə monitorinqi xidməti var və onlar da çirkli pulların yuyulmasına qarşı mübarizə aparır. Bundan əlavə beynəlxalq təşkilatlar da Azərbaycandan bunu tələb edirlər. Buna görə də formal olaraq bununla bağlı hesabat istəyirlər. Vətəndaş pul dəyişir soruşurlar, banka gəlir soruşurlar, ev alır notarius soruşur. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Çünki vətəndaş istədiyi cavab verə bilər. Məsələn, deyə bilər babamdan qalıb. Bank və notarius isə hansısa yolla bunun babasından necə qalmasını, necə bağışlanmasını müəyyən edə bilməz. Vətəndaş ona 10 il, 20 il bundan əvvəl bu bağışlanan əmlakı, pulu sübut etməyə borclu deyil".

"Avropa və Qərb dövlətlərində bununla bağlı qərarlar necə tənzimlənir" sualına cavab olaraq ekspert bildirib ki, həmin dövlətlərdə gəlir bəyannaməsi ilə bağlı qanun var. Bütün məsələlər bu qanuna görə tənzimlənir:

"Bu qanuna görə hamı hər il gəlirini bəyan etməlidir. Ona görə də Avropa və Qərb ölkələrində vətəndaşdan bank soruşanda o deyə bilməz ki, babamdan, nənəmdən qalıb. Çünki onlar həmin şəxsin gəlir bəyannaməsinə baxacaq. Bu bəyannamə isə hər şeyi müəyyənləşdirir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1273   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

28 aprel
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

"Gələcəkdə işsizliyin sayı artacaq"- SƏBƏB NƏDİR? - Açıqlama

Ənənəvi mağazalardakı məhsulların qiymətləri ilə müqayisədə onlayn satış zamanı təqdim olunan məhsullar daha ucuzdur. Digər tərəfdən mağazaları gəzib, uyğun məhsulu tapmaq insanlara yorucu gəlir. onlayn ticarətin artması gələcəkdə işsizliyi artıra bilər?. Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov açıqlam

8 may
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart