"Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi"

"Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi""Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

"Qafqazinfo"nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sonuncu şahidlər ifadə veriblər.

Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, Dəyanət cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o isə qətli dostu Samir Quliyevə icra etdirib.

Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: "Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam zəng edib polisə etiraf edib".

Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb: "Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o, çəkib. İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu, sonradan polisə işə düzəltdi. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, kreditim var deyib borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə, sonralar dayım da ona pul verməyib".

Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.

Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş. Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib. Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb: "Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib. Deyib ki, tavana görə 4 min manat lazımdır. Dayısı pul vermədiyi üçün polisə etiraf edib".

Elnarə Quliyevanın qardaşı İsa ilə telefon danışığı da istintaq materiallarına daxil edilib. Bu danışıq Dəyanətin həbsindən sonraya təsadüf edir.

Danışıqdan görünür ki, Elnarə ərinin cinayətinə görə Müşfiq Atakişiyevi günahlandırır. Onun qardaşı ilə söhbətindən üç cümləni təqdim edirik: "Dəyanət Müşfiqin oğlu kimi idisə, başqa işə qoyardı da... Öz arxasını bərkitmək üçün polisə düzəldib. Yekə oğlu var idi, onu irəli çəkərdi, işlərini də ona gördürərdi".

Xanım şahid istintaqda nə danışdığını bilmədiyini, yazılanlara qol çəkib getdiyini deyib.

Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt "Təfəkkür Universitetinin" rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 835   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel