Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıbBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Məlumata görə, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin "İnter Miami" klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir.

O, 2004-2021-ci illərdə çıxış etdiyi "Barselona"da (İspaniya) 672 qol vurub.

Siyahıda ikinci yerdə 450 qolla Kriştianu Ronaldu, 3-cü yerdə 354 qolla Kərim Benzema qərarlaşıb. Onların hər ikisi "Real Madrid"in heyətində fərqlənib.

Federasiyanın siyahısında 4-cü yerdə Robert Levandovski (344 qol), 5-ci yerdə Badir Əl-Mütəva (301 qol), 6-cı yerdə Harri Keyn (280 qol), 7-ci yerdə Co Qormli (270), 8-ci yerdə Klemen Olsen (262 qol), 9-cu yerdə Serxio Aquero (260 qol), 10-cu yerdə Ueyn Runi (253 qol) qərarlaşıblar.

Qeyd edək ki, hazırda PSJ-nin şərəfini qoruyan Kilian Mbappe 250 qolla 13-cür yerdədir və mövsümün sonuna qədər ilk onluğa düşmək şansı yüksəkdir.

Qeyd edək ki, İFFHS bir klubla ölkə çempionatı və kuboku, həmçinin rəsmi beynəlxalq turnirlərdə vurulan qolları nəzərə alıb./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 346   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən sürətli futbolçuların adları açıqlandı - SİYAHI

Müasir futbolda hansı mövqedə çıxış etməsindən asılı olmayaraq, futbolçu üçün vazkeçilməz sayılan ən mühüm xüsusiyyət sürətdir. xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə dünyanın bütün zamanlarının ən sürətli futbolçuları açıqlanıb. Ulduz futbolçu Kriştiano Ronaldo bu siyahıda sonuncu yer

25 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək. Bunu "Report"a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: "Adana Dəmirspor" klub

27 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel