Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır

Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır"Crocus Siti Holl"da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar.

Sonxeber.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx "İzvestiya" portalına açıqlamasında deyib.

Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadisə şahidinin sözlərinə görə, zaldan atışma səslərini eşidəndə təşvişə düşüb və bacısı ilə birlikdə zalı tərk etmək qərarına gəlib.

"Mən artıq səhnəyə enmişdim ki, zalda atəş açılmağa başladı, sonra təşviş başladı. Sağ tərəfdəki səhnədən çıxdım, bacım isə balkondan, yuxarıdan çıxdı", – deyə o bildirib.

Lesnıx əlavə edib ki, terrorçular heç bir tələb irəli sürməyiblər. O, terrorçuları təcrübəli və təlim keçmiş döyüşçülər kimi xarakterizə edib.

"Öz aralarında danışarkən heç bir qışqırıq yox idi. Aydındır ki, onlar təcrübəli döyüşçülərdir", – deyə qeyd edib.

Hadisənin digər şahidi isə bildirib ki, əvvəlcə küçədən pulemyotlarla silahlanmış şəxslər atəş açaraq binanın şüşələrini sındırmağa cəhd ediblər, sonra onlar binanın içərisinə girərək insanlara atəş açıblar.

Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da terror aktı baş verib. Konsert zalında "Piknik" qrupunun çıxışı olmalı idi. Rusiya Federasiyasının Baş Prokurorluğu kamuflyajlı şəxslərin binaya soxularaq atəş açdığını bildirib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, terror aktı qurbanlarının sayı 133 nəfərə çatıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 985   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. -a istinadən bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb

28 aprel
.

Ağdamda yolu azan şəxs minaya düşdü

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmi

28 aprel
.

Bakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb - FOTO

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib. Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb. Daha sonra həmi

28 aprel
.

Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO

"Ceyhun adlı sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış". xəbər verir ki, bu fikirləri İTV-yə müsahibəsində sabiq prokuror Munis Abuzərli səsləndirib. O bildirib ki, Ceyhun polis olduğuna görə sevgilisi Nigar ondan şübhələnmirdi:. "Hətta oğurluğa girdiyi evdə oturub konya

28 aprel
.

Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU

Sosial şəbəkələrdə aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan və yeddi gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahi

27 aprel
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28 aprel
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27 aprel
.

Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus

21 aprel
.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm

27 aprel