Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıbHazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib.

O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 70 xəstə dərman müalicəsindədir.

Xəstələr hər ay dispanserdə müayinələrdən keçdikdən sonra dərmanlarla təchiz olunurlar: "Hər il yaz-payız aylarında Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən Naxçıvan şəhəri, Babək, Kəngərli və Şahbuz rayonlarının tam orta məktəblərinin IX-XI siniflərin şagirdləri arasında flüoroqrafik müayinələr aparılır. Şərur və Sədərək rayonlarının IX-XI sinif şagirdləri isə Şərur Regional Tibb Mərkəzində, Ordubad və Culfa rayonunun IX-XI sinif şagirdləri isə Culfa Regional Tibb Mərkəzində flüoroqrafik müayinələrdən keçirilirlər. Müayinələr zamanı xəstəliyi aşkar edilmiş şagirdlər Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunur, ətraflı müayinələrdən sonra ehtiyac olunanlara müalicə təyin edilir. Həmçinin, hər il muxtar respublikanın orta məktəblərində mart-aprel ayları I-VI sinif şagirdləri arasında kütləvi tuberkulin sınaqları aparılır. Nəticəsi şübhəli və müsbət olan şagirdlər Dispanserə dəvət olunaraq dərin müayinələrdən sonra ehtiyacı olan uşaqlar kimyəvi profilaktik müalicəyə başlanılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 587   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar "pandemiya potensialına" malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni "meymun çiçəyi" ştammını aşkar ediblər. -ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlə

21 aprel
.

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana sə

17 mart
.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart
.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur, narahatlıq yaradır. Burun axıntısı və tıxanma ilə ortaya çıxan bir çox şikayətlər

14 aprel
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart