Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib - AUDİO

Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib - AUDİOMoskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib.

Terror baş verən gün o, binada ofisiant işləyib və növbəsi 19:55-də başa çatıb.

"Çölə çıxdıq və güllə səsləri eşitdik. Əvvəlcə qorxsaq da, sonra qayıtmaq qərarına gəldik", - Kamil bildirib.

O, güllə yarası almış bir neçə nəfəri yolun kənarına çıxarıb, yoldan keçən maşınları saxlayıb, yaralıları mindirib, konsertə gecikənlərin hamısını oradan uzaqlaşdırıb. Sonra binaya girib, qapıları sındırıb və insanlara harada çıxacaqlarını göstərib. Hər yeri qatı tüstü bürüyəndə isə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı - 80-ə yaxın adamı görüb və onlara çıxmağa kömək edib.

"İnsanları axtararkən yerdə fənəri yanan smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı - Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi, dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədəki bir yerə yıxılıb", - deyə Kamil əlavə edib.

Kamil bundan sonra ikinci mərtəbədə Kamillanı axtarıb:

"Üçüncü mərtəbə çökmüşdü. Yanğın çıxışları açılanda orada çoxlu cəsəd gördüm. Mən səndələyirdim, nəfəs ala bilmirdim".

O, xüsusi təyinatlı əsgəri görüb və hər şeyi danışıb. Hərbçi onun vəziyyətini görüb binadan çıxarıb. Sonra isə qızın tapıldığını bildirib. Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu qaytarıb. (oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1516   Tarix: 25 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Son illər paytaxtda mənzillərin xeyli bahalaşması ipoteka krediti ilə mənzil sahibi olmaq istəyənləri də seçim qarşısında qoyub. -ın məlumatına görə, mənzillər bahalaşdığı üçün ipoteka məbləği də çox olmalıdır. Aparılan sorğudan da aydın olur ki, paytaxt ərazisində ipoteka ilə mənzil almaq hələ də bəz

29 aprel
.

Netanyahu təşvişə DÜŞDÜ - Tezliklə həbs OLUNA BİLƏR

İsrailin baş naziri Benyamin Netanyahu həbs oluna bilər. xəbər verir ki, bu barədə israil mediası məlumat yayıb. İsrail mediasının məlumatına görə, hökumət Netanyahu da daxil olmaqla üç nəfər beynəlxalq həbsi haqqında qərar verilməsindən narahatdır. İsraildə yayımlanan "Kanal 13"-də verilə

26 aprel
.

Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Lalə İlqar qızı Bayramlı xəsarət alıb. Yaralı təcili tibbi yardımı

26 aprel
.

DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb. -ın məlumatına görə, bitum maddəsini daşıyan "KamAZ" markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb. Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolu

27 aprel
.

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (Niderland) Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı açıq dinləmələr başa çatıb. bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytında məluma

27 aprel
.

Qızıl bu tarixə kimi kəskin BAHALAŞACAQ

"ABŞ-da inflyasiyanın davam edən sürətlənməsi qızılın qiymətini ilin sonuna kimi yeni tarixi rekordlara çatdıra bilər". Bunu "Vector X" investisiya şirkətinin baş strateqi Maksim Xudalov RİA "Novosti"yə bildirib. "Bir çox mənbələr ABŞ-da inflyasiyanın artmağa dava

29 aprel
.

Ermənistan qarışdı, böyük son hazırlanır – "Sərhəddə təxribatlar ola bilər"

Son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib. Bu etirazların böyüməsi Nikol Paşinyanın devrilməsinə səbəb ola bilərmi?. Mövzu ilə bağlı -a danışan hərbi ekspert Üzeyi

26 aprel
.

Faiq Ağayevə SƏRT QADAĞA tətbiq edildi

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunmas

26 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında - FOTO

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

26 aprel