Donuz tükündən və süpürgədən başlayan yol - Diş fırçası Belə Yaranıb

Donuz tükündən və süpürgədən başlayan yol - Diş fırçası Belə YaranıbGigiyenasına diqqət edən hər kəsin evində mütləq diş fırçası olur. Bəs görəsən diş fırçası olmayanda insanlar nə edirdilər, o necə yaranıb?

Lent.az "Belə yaranıb" rubrikasında diş fırçalarının yaranması barədə məlumat verir.

Tarixdə bilinən ilk diş fırçası Qədim Misirdə eramızdan əvvəl 3000-ci ildə qələm boyda ağac budaqlarından hazırlanıb.

İslam yarandığı illərdən etibarən, müsəlmanlar Məhəmməd peyğəmbərin tövsiyəsi ilə Salvadora persica (misvak) ağacının kiçik budaqlarının ucunu saçaqlı hala gətirərək, fırça kimi istifadə edirdilər. Görünür misvak ona qədər də bu məqsədlə istifadə edilirmiş. Elmi araşdırmalara görə, misvak ağacının tərkibində diş və damaq sağlığına faydalı olan elementlər var.

Uzun illər insanlar dişlərini təbaşir, duz, soda, yaşıl qoz qabığı kimi vasitələrlə də təmizləyiblər.

Bugünki diş fırçasını xatırladan ilk diş fırçası 1498-ci ildə Çində hazırlanıb. Çinin soyuq iqlimində yaşayan donuzların boyunlarının arxasından qoparılan tüklər sapla bambuk ağaclarına bərkidilirdi. Şərqdən olan tacirlər bu fırçaları avropalılara tanıtdırdılar. Avropada donuz tükü at tükü ilə əvəz olundu.

Müasir diş fırçasının "atası" isə 240 il öncə həbsxanada yatmış bir dustaq hesab olunur. 1780-ci ildə həbsdə yatan Vilyam Addis süpürgədən ilhamlanaraq kiçik heyvan sümüyü üzərində açdığı dəliklərə saman çöpləri yerləşdirməyə başlayıb. O, bu aləti çürük dişlərinə dolmuş yemək qalıqlarını təmizləmək üçün hazırlamışdı. Həbsdən çıxdıqdan sonra Vilyam ixtirasının patentini alır və zəngin olmağa başlayır. Onun qurduğu "Wisdom Toothbrushes" şirkəti hələ də diş fırçalarının istehsalı ilə məşğuldur.

1938-ci ildən isə diş fırçalarının taxta və dəmir tutacaqlarını kauçuk (daha sonralar plastik) əvəz eləməyə başladı. Diş fırçasının tükləri isə daha heyvan tüklərindən yox, sintetik maddələrdən hazırlanmağa başlanıldı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 555   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

100 yaşı münasibətilə vals oynadı, şərəfinə parad təşkil edildi: Almatıdan maraqlı görüntülər - FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərindən olan Böyük Vətən müharibəsi veteranı Tamara Maksimovanın 100 yaşı tamam olub. Günün qəhrəmanı üçün şəxsi parad təşkil olunub. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Bildirilib ki, yerli paraşütçülər onu ad günü və qarşıdan gələn Qələbə günü münasibətilə təbri

25 aprel
.

Faiq Ağayevə SƏRT QADAĞA tətbiq edildi

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunmas

26 aprel
.

Xocalıda 6 nəfərə aid olduğu ehtimal edilən sümüklər tapıldı - Foto

İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasını

25 aprel
.

"Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan bir aparıcı vurdu"

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatı ilə bağlı gözlənilməz açıqlama verib. Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində mərhum həmkarının ölümünə bir televiziya aparıcısının səbəb olduğunu iddia edib. "Mən elə insana

26 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında - FOTO

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

26 aprel
.

Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı

Rusiyada saxta passport təqdim edən azərbaycanlıya cinayət işi açılıb. Rusiya mediasına istinadla bildirir ki, Azərbaycan vətəndaşı aprelin əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə Miqrasiya İdarəsinə müraciət edib. İki il əvvəl Rusiya vətəndaşlığını alan kişi 14 yaşlı uşağını d

25 aprel
.

"İnək sağmışam, əkin əkmişəm, toyuq-cücəyə baxmışam" - Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT

ın "Rəsmilərlə qeyri-rəsmi" rubrikasında növbəti qonağımız, deputat Jalə Əhmədovadır. - Jalə xanım, haqqınızda araşdırma aparanda daşıdığınız vəzifələri oxuyanda nəfəs kəsilir. Deputat, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətlər

26 aprel
.

Cavanşir Məmmədovu bu müğənni əvəz edəcək

"Cavanşir Məmmədov haqqında ancaq yadımızda xoş xatirələr qalıb. Dostumuz idi, yaxşı oğlan idi. Yas mərasimində də iştirak etdik. O, illərin sənətkarı idı. Allah ona rəhmət eləsin". xəbər verir ki, bunu -a açıqlamasında müğənni Manaf Ağayev deyib. O, "Toylar Kralı"nın münsiflər heyətind

25 aprel
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26 aprel