41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...

41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda rast gəldiyimiz əfsanəvi Səməndər quşu. "Məlikməmməd" nağılında Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər quşunun dayanmadan 40 gün, 40 gecə uçduğu deyilir. Digər rəvayətə görə Səməndər quşu odun içində yaşayır. Oddan da alışıb yanır. Boşuna Səməndər quşunu misal çəkmədim. Adların insanın taleyinə təsiri zaman-zaman özünü təsdiq edib. Odlu-alovlu, haylı-küylü, şaqraq gülüşlü, özünün, səsinin bənzəri olmayan peşəkar aktyor Səməndər Rzayevdə olduğu kimi. O da sözün əsl mənasında Səməndər quşunun taleyini yaşadı bu həyatda. Göylərdə 40 gün pərvaz edən Səməndər quşu kimi Səməndər Rzayevin də ruhu ömrün 41-ci baharında pərvazlanıb göylərə köç etdi...

Publika.az bu gün Əməkdar artist, peşəkar aktyor, qiraət və dublaj ustası Səməndər Rzayevi yad edir.

- Ayə, ay camaat, bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib.

- Bax bu kino zəhmətkeşləri durub oradan gəliblər bizim yanımıza. Ayə, gəliblər bizi çəksinlər kinoya. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməməkdir. Ayə, bu toydur, burda neyləmək lazımdır?

- Oynamaq.

- Oynamaq lazımdır.

- Ə, nətər oynayaq ey? Səs o yandan gəlir, çalğıçılar burada oturub.

- Ayə, nə təfotu var bunun? Buradan eşit, buradan da oyna da...
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Çətin ki, bu epizodu xatırlamayan tapılar. Dönə-dönə, doyunca baxmaq istəyir adam o kadrlara. Doyursan, amma yenə də baxmaq istəyirsən. Bax budur, peşəkar aktyor oyunu, məharəti, tamaşaçını öz istedadı, səsi, sehri ilə ovsunlayan ustalıq. Səməndər Rzayev məhz belə sənətkarlardan biridir. Onun sənət tərcümeyi-halında teatr da var, kino da, radio da, televiziya da. Və hər birinin öhdəsindən eyni ustalıqla gəlirdi, böyük aktyor.

Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. Uşaqlığı II Dünya müharibəsinin çətin günlərinə təsadüf edib. Müharibə dövrünün hər bir uşağı kimi çətin günlər onun da həyatından yan keçməyib. Amma bütün bunlara baxmayaraq, uşaqlıqdan sənət eşqi ona bütün ağrı-acıları, çətinlikləri dəf etməyə yardımçı olub.

Oxuduğu məktəbdə "aktyor" ləqəbi qazanan Səməndər Rzayev orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Xalq artisti Rza Təhmasibdən sənətin sirlərini peşəkarcasına öyrənərək gələcək uğurlarının ilk təməlini elə o vaxtdan qoyur.
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Aktyor bir müddət Sumqayıt Teatrında işləyərək müxtəlid səpkili rolları canlandırıb. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Bu sənət ocağında aktyor "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı" kimi onlarla səhnə əsərlərində özünəməxsus obrazlara həyat verib. Səməndər Rzayevə, hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşıb. Deyib ki, kiçik açarla da böyük qapılar açmaq olur. Elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilib, bütün zal heyrətə gəlib. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyub.

Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, Xalq artisti Yaşar Nuri deyib ki, ilk filmi haqqında bir özü bilib, bir də mən... "Uşaqlığın son gecəsi" filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər Rzayev olub. Amma sonralar o, kinoda da öz sözünü deyib. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları - Səməndər imzası ilə kino tariximizə əbədilik həkk olunub. Ümumilikdə 60-dan çox filmdə fərqli və bənzərsiz rollara həyat verib Səməndər Rzayev.

Səməndər Rzayev çox vaxt filmlərdən özü imtina edib. Teatr, televiziya filmləri, tamaşaları, aparıcısı olduğu "Bulaq" verilişi bu imtinanın əsas səbəblərindən biri olub. Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Səməndər Rzayev daxilən azad sənətkar idi, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onun rollarının əksəriyyəti ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, haradasa görmüsən, onlarla ünsiyyətdə olmusan. İstedadlı aktyorun səsindəki şirinlik, özünəməxsusluq da bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev kinoda dublyaj sənətinin ustalarından biri idi.

Səməndər Rzayev az yaşasa da, qısa zaman kəsiyinə özü boyda böyük işlər sığdıra bildi. O, elə sağlığında adının haqqını verməyi bacardı. Əfsus ki, layiq olduğu ali fəxri adı ala bilmədi…
41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...Evi həmişə qonaq-qaralı olardı, deyilənə görə. Özü kimi yeyib-içən dostları az deyildi. Elə onu yarı yolda qoyan da məhz bu yeyib-içməyi oldu nə yazıq ki… "Həyatın dibində" adlı tamaşada rolunu canlandırmaq üçün xəstəxandan çıxıb birbaşa teatra gəlmişdi. Səhnəyə çıxmazdan əvvəl o ki var içib. Bu dəfə ağrılarını unutmaq, tamaşanı oynamaq üçün içib... O qədər içib ki, ayaq üstdə durmaq belə çətin olduğu halda tamaşanı oynayıb və səhnə arxasında yıxılıb, bu onun səhnədə son rolu olub.

Səhnədəki "Həyatın dibində" onu gerçək həyatın dibinə ömürlük qərq edib. Aktyor 1986-cı il, martın 27-də vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 812   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilər tezliklə plana düşəcək

Xətai rayon Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək, köçürülməsi gözlənilir. İzləyicilərimizdən daxil olan sual əsasında -ın araşdırmasına əsasən məlum olub ki, Kənd Əhmədli ərazisi istisn

26 aprel
.

DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb. -ın məlumatına görə, bitum maddəsini daşıyan "KamAZ" markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb. Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolu

27 aprel
.

Yasamalda 16 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "Elmlər Akademiyası" stansiyasının yanında avtomobil yolu keçən 2008-ci il təvəllüdlü R.C.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi il

26 aprel
.

Ermənistan qarışdı, böyük son hazırlanır – "Sərhəddə təxribatlar ola bilər"

Son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib. Bu etirazların böyüməsi Nikol Paşinyanın devrilməsinə səbəb ola bilərmi?. Mövzu ilə bağlı -a danışan hərbi ekspert Üzeyi

26 aprel
.

"Azərişıq" Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkir? - VİDEO

Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Avşarlar küçəsinin sakinləri ərazidə qanunsuz elektrik xətlərinin çəkildiyini iddia edirlər. Sakinlərin sözlərinə görə, "Azərişıq" tərəfindən küçədə çəkilən yeraltı elektrik xətləri normativlərə uyğun deyil. "Görülən işin sənədlərini bizə göstərsinlər

26 aprel
.

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digə

26 aprel
.

Dövlət qurumunu aldadan azərbaycanlıya cinayət işi açıldı

Rusiyada saxta passport təqdim edən azərbaycanlıya cinayət işi açılıb. Rusiya mediasına istinadla bildirir ki, Azərbaycan vətəndaşı aprelin əvvəlində Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə Miqrasiya İdarəsinə müraciət edib. İki il əvvəl Rusiya vətəndaşlığını alan kişi 14 yaşlı uşağını d

25 aprel
.

Bakıda su borusu partladı, yolu keçilməz etdi - VİDEO

Bakının Xətai rayonu, Kazımağa Kərimov küçəsində su borusu partlayıb, yolları keçilməz edib. Burada yaşayan sakinlərin sözlərinə görə, üç-dörd ildir mövcud vəziyyət qalmaqdadır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Daha ətraflı Baku TV-nin süjetində

26 aprel
.

İşgəncə ilə öldürülən tələbənin anasından dəhşətli ETİRAF: "Onu burnundan tanıya bildim" - FOTOLAR

Misirin paytaxtı Qahirədə 28 yaşlı Kembric Universitetinin tələbəsi Giulio Reqeni ingilis casusu ilə səhv salınaraq metro stansiyasından qaçırılaraq işgəncə ilə öldürülüb. xarici mənbəyə istinadən xəbər verir ki, itkin düşən tələbə qolları, ayaqları və qabırğaları sınmış, meyiti yanmış və kəsilmiş hald

27 aprel