Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜATNeftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib.

Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idarə etdiyi "Vaz 21214" markalı avtomobilində saxladığı atasına məxsus ov tüfəngindən üç dəfə atəş açıb. Bu zaman Elçin güllə yarası alıb.

Hadisəni törədən Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qaçaqkənd kəndində yaşayır. Onun sözlərinə görə, Neftçala Suvarma Sistemləri İdarəsində sahə rəisi vəzifəsində işləyir: "Zərərçəkmiş Elçin mənim həmkəndlimdir. Aramızda ədavət və ya qərəzli münasibətlərimiz yoxdur. Həmişə normal münasibətlərimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, 31 avqust 2023-cü ildə, axşam saatlarında Sadiq adlı şəxsin mağazasından çıxanda Elçin də avtomobillə gəlib və onun yanında saxlayıb: "Elçin bu vaxt mənə əkin sahəsinə suyun nə səbəbə gəlmədiyini dedi. Daha sonra isə təxminən 15 nəfər kənd sakinin yanında məni söydü. Elçinin sərxoş olduğunu gördüm və fikir vermədi. Daha sonra evə getdim. Səhəri günü Elçinin oğlu Nailə mobil telefonla zəng edərək atasının ötən gün məni niyə söydüyünü demək istədim. Nail telefona cavab vermədi. Daha sonra həmin günü saat təxminən 07 radələrində evdən çıxıb "Vaz 21214" markalı avtomobilimlə mağazadan çörək almağa getdim. Həmin vaxt avtomobildə ötənki gündən qoyduğum atasına məxsus ov tüfəngi də olub. Arabir dovşan ovlamağa getdiyim üçün tüfəngi avtomobildə gəzdirmişəm. Bu vaxt Elçinin həyət qapsının qarşısında, avtomobil yolunda dayanaraq onun çağırdım. Elçin küçəyə çıxdı. Elçindən ötənki gün məni niyə söydüyünü xəbər aldım. Bu vaxt Elçin üzərimə gəlməyə başladı. Elçini qorxutmaq üçün tüfəngi avtomobilin pəncərəsindən çıxarıb onun başının üzərindən havaya 3 dəfə ardıcıl olaraq atəş açdım. Bundan sonra Elçin əlini üzünə tutub həyətinə girdi. Mən də oradan getdim".

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra evdə olanda onu həyət qapısından kiminsə çağırdığını eşidib: "Mən küçəyə çıxdım. Bu vaxt mülki geyimli şəxslər mənə yaxınlaşdılar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdilər. Hadisə barədə məndən soruşanda hər şeyi etiraf etdim. Onlarla Neftçala Rayon Polis Şöbəsinə gəldim. Tüfənglə atəş açarkən Elçini öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb".

İş üzrə zərərçəkmiş Elçinin sözlərinə görə, ailəsi ilə birlikdə Neftçala rayonu, Ramazanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır: "Təsərrüfatla məşğul olmaqla ailəmi dolandıram. Özümə məxsus torpaq sahəsində pambıq bitkisi əkib-becərirəm. Təqsirləndirilən Hüseyni rayon sakini kimi tanıyıram. O, Neftçala Suvarma Sistemləri İdarəsinin Qaçaqkənd üzrə sahə rəisidir. Onunla heç bir ədavət, düşmənçilik və qohumluq əlaqəm yoxdur. Mən pambıq sahəsini çıxış suyu ilə suvarsam da, sonra suvara bilməmişəm. Bununla bağlı olaraq da sahə rəisi kimi Hüseynə müraciət etmişəm. Gördüm ki, başqa digər kənd sakinlərinə su verilir, lakin mənə su verilmir. Buna görə də kəndin ərazisində küçədə olan zaman suyu vermədiyi üçün Hüseynlə sözlə mübahisə etdim. Həmin zaman aramızda heç bir dava-dalaş olmadı. Həmin zaman da xatırladığım qədəri ilə biz bir-birimizi təhqir etdik. Sonra isə oradan hər birimiz yaşadığımız evə qayıtdıq".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat təxminən 07 radələrində yaşadığı evdə olan zaman bir nəfər şəxsin onu səsləyərək çağırdığını eşidib: "Mən də həyətə düşdüm ki, görüm kimdir. Mən ela həyətin darvazasından çölə çıxmışdım ki, Hüseyn öz "Niva" markalı avtomobilindən məni söyüb təxminən 15 metr məsafədən havaya əlində olan tüfənglə 3 dəfə atəş açdı. Həmin güllənin qırmalarında bir neçəsi mənim sol qulaq və baş nahiyəmə dəydi. Sonra mən tez içəri girdim, yerə oturdum. Sonra isə ayağa qalxdım. Ailə üzvlərimin köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirildim. Orada mənə ilkin tibbi yardım göstərildi. Daha sonra isə evə getdim".

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Hüseynin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. / Demokrat.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3018   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

27 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq – VİDEO

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsi, 2 ünvanında MTK pilot layihə icra edir. Lakin sökülən binanın sakinləri bildiriblər ki, yeni tikilən bina onlara vəd edilən vaxtda təhvil verilməyib. "Binamız yeddi ildir sökülüb. İki ilə təhvil veriləcəyini demişdilər. Amma deyilən kimi olmadı. Əziyyə

27 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27 aprel