Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEOƏməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?

Sonxeber.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov çıxış edib. Amil Xəilin müəllifi olduğu "Gəl danış" verilişinin eksperti Cavanşir Məmmədovun vəsiyyətinin yerinə yetirilməməsinə etiraz edib:

"Mən Cavanşir Məmmədovla efirdən kənarda da kostyumla dəfn məsələsi barədə danışmışdım. Onun atası da incəsənət nümayəndəsi idi, o da kostyumla dəfn olunmuşdu. Cavanşir müəllim də efirdə qonaq olanda dönə-dönə bunu vurğulayıb vəsiyyət etdi ki, mən də bu cür dəfn olunmaq istəyirəm. Mənə çatmır ki, ailəsi niyə onun vəsiyyətini yerinə yetirmədilər? Bu onun vəsiyyəti idi. O, bu fikrində ciddi və qəti idi. Bunu yerinə yetirməyə nə mane oldu? Bu elə də böyük və ya əlçatmaz arzu deyildi. O cür kişinin vəsiyyətini yerinə yetirməli idilər ki, ruhu şad olsun".
Verilişdə qonaq olan Hacı Rahim isə məsələyə müdaxilə edərək vəsiyyətin yerinə yetirilməməsinin səbəbini açıqlayıb:

"Cavanşir Məmmədovun istəyi, vəsiyyəti ola bilər, amma elə vəsiyyətlər var ki, əgər şəriət bunu qəbul etmirsə, o vəsiyyət sayılmır. Ola bilər ki, onun istəyir bu olub, lakin ailə üzvləri, yaxınları biliblər ki, bu, şəriətə uyğun deyil".

Həmin kadrları təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 997   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bir qrup hərbi qulluqçuya ev verilib - FOTO/VİDEO

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular

8 may
.

İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövdələşməsi – ARAŞDIRMA

Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım" Açıq Səhmdar Cəmiyyəti ilə 70 00 manatlıq satınalma müqaviləsi bağlayacaq. xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi" qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 00 nüsx

8 may
.

Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən -a verilən məlumata görə, həmin gün ali və orta ixtisa

8 may
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

8 may
.

May pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxsləri

8 may
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

8 may
.

Mayda havalar niyə soyuq keçir? SƏBƏBİ BİLİNDİ

Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Artıq bir həftədən yaxındır ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. May ayında havaların isti keçməsini gözləyən insanlar bu hava şəraitinə təəccübənir. Yay fəsli ərəfəsində soyuq keçən aylara xarakterik iqli

8 may
.

Deputat oğlunun Londondakı şirkəti aktivlərini artırıb

Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited" adlı şirkət maliyyə hesabatını açıqlayıb. Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadəni

8 may
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

8 may