Mart soyqırımının əsas məqsədi: İrəvan və Zəngəzurun azərbaycanlılardan təmizlənməsi

Mart soyqırımının əsas məqsədi: İrəvan və Zəngəzurun azərbaycanlılardan təmizlənməsi31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə, xüsusi qəddarlıqla qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən, bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Mart soyqırımının törədilməsində əsas məqsəd həm də tarixi ərazilərimiz olan İrəvan və Zəngəzurun azərbaycanlılardan təmizlənməsi idi. Tarixi mənbələr tək İrəvan və Zəngəzurda 10 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, 60 min soydaşımızın isə öz doğma ellərindən didərgin düşdüyünü göstərir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Dəyişməyən erməni xisləti

Bu gün məlum hadisələrdən bir əsrdən də çox vaxt keçib. Lakin bu müddət ərzində erməni daşnaklarının, "miatsum" ideyası ilə böyüyən ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti əsla dəyişməyib. 1992-ci ilin 26 fevralında Xocalıda əliyalın insanlara, qadınlara, qocalara və uşaqlara qarşı törədilən soyqırımı aktı zamanı tək biz yox, bütün dünya bir daha erməni xislətinin dəyişmədiyinin şahidi oldu. 106 il əvvəl baş verən qırğınları öz gözləri ilə görən Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".

Bəli, biz bir almanın yüz il əvvəl gördüklərini Birinci Qarabağ müharibəsində Xocalı, Qaradağlı, Meşəli faciələri, İkinci Qarabağ savaşı zamanı isə Bərdə və Gəncədə törədilən terror aktlarının timsalında bir daha yaşadıq.

Soyqırımı ilə bağlı mühüm qərarlar

Xalqımızın yaşadığı bu dəhşətli faciənin unudulmaması, dünyaya tanıdılması istiqamətində dövlətin ali rəhbərliyi səviyyəsində bir sıra mühüm qərarlar verilib.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalanıb.

Biz artıq qalib xalqıq

Biz artıq qalib xalqıq. Ərazi bütövlüyü, suverenliyi tamamilə bərpa edilmiş müstəqil dövlətə sahibik. Qalib ordumuz, güclü iqtisadiyyatımız, cəmiyyətimizdə sarsılmaz birliyimiz və ali rəhbərliyə böyük inam, etimad var. Qeyd etdiklərimizin hər birinə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin döyüşərək, minlərlə şəhid verərək əldə etdiyi tarixi zəfərlə nail olmuşuq. Bu gün Azərbaycan vətəndaşı olan hər bir kəs əminliklə bir daha belə faciələrlə üzləşməyəcəyinə inanır. Çünki sahib olduqlarımız xalqımız və dövlətimizin təhlükəsizliyini təmin edir. Bu gün sərhədlərimizi güclü, peşəkar, qalib Azərbaycan Ordusunun nəfərləri qoruyur.

Əsla unutmamalıyıq!

Bununla belə, xalq olaraq zəfərlərimizlə bərabər keçmişdə yaşadıqlarımızı, üzləşdiyimiz soyqırımı aktlarını əsla unutmamalıyıq. Gələcək nəsillərin də unutmasına imkan verməməliyik. Dörd il öncə Azərbaycan xalqının dəmir yumruğu ilə beli qırılan erməni neonasizmini, erməni revanşizmini yenidən dirçəltmək cəhdlərini müşahidə edirik. Nəyin bahasına olursa-olsun bölgəmizdə sülh və sabitliyi istəməyənlərin Ermənistanı sürətlə silahlandırdıqlarının, müxtəlif vədlərlə İrəvanı yeni bir müharibəyə həvəsləndirənlərin olduğunu görürük. Sirr deyil ki, bu gün 31 mart soyqırımı, Xocalı soyqırımının müəlliflərinin qarşısında sədd çəkən, Azərbaycana qarşı nifrətlərini içlərində boğmağa səbəb verən əsas güc birliyimizdir.

Saxta erməni tarixinin ifşası

Qan yaddaşımız olan 31 mart həm də tarixi torpaqlarımız, keçmişimiz, mədəniyyətimiz haqqında dünyaya bir mesajdır. Oğurlanan keçmişimiz üzərində qurulan saxta erməni tarixinin ifşası, İrəvan, Zəngəzur, Göyçə, Qarabağ da daxil bu torpaqların əsl sahiblərinin bizlər olduğu həqiqətidir. Bu həqiqəti dünyaya çatdırmaq, baş verənlərə hüquqi və ədalətli qiymətin verilməsinə nail olmaq həm də gələcəkdə bölgədə sülh və sabitliyin təmini deməkdir.

Bir daha soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 357   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel
.

Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Kütahya şəhərinin Çavdarhisar rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Yaralı Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsindəkilərin mərmər zavodunu

5 may
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB + FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28 aprel
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

4 may
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

5 may
.

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb. "Report" xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib. Faktla bağlı araşdırm

2 may
.

Xəzər rayonunda avtoqəza: Xəsarət alan var

Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağl

4 may
.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may
.

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Kəlbəcərdə yük maşını aşıb. xəbər verir ki, hadisə rayonun Qamışlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Uysal Emrah hadisə yerində ölüb. Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır

1 may