Türkiyədə yaşlı namizəd seçkilər bitmədən özünü qalib elan edib

Türkiyədə yaşlı namizəd seçkilər bitmədən özünü qalib elan edibTürkiyənin şərqindəki Elazığ vilayətində bələdiyyə seçkilərində namizəd olan İrfan Gezvur səsvermə bitmədən özünü qalib elan edib.

"Report" "Haber Global" telekanalına istinadən xəbər verir ki, Gezvur yenidən İcadiyə mahalında bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb.

Onun bölgəsində bu vəzifə üçün yarışmaq istəyən başqa heç kim yoxdur.

"Yeganə namizəd olduğum üçün fəxr edirəm. Ümid edirəm ki, seçkilər insidentsiz keçəcək. Rəqibim olmadığı üçün qələbəmi elan etdim. Səslər hesablandıqdan sonra bunu rəsmən açıqlayacağam", - Gezvur deyib.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

AK Parti, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cumhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 339   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveç terrorla bağlı Avroviziyada təhlükəsizlik tədbirlərini gücləndirir

Avroviziya Mahnı Müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərində islamçıların İsrail nümayəndə heyətinə təhdidləri səbəbindən damlara snayperlər yerləşdirmək də daxil olmaqla təcili təhlükəsizlik tədbirləri görülür. xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında apardığı əməliyyatla

7 may
.

"TikTok" ABŞ hökumətini məhkəməyə verdi

Çinin "ByteDance" şirkəti "TikTok" platformasının satışı və ya qadağan edilməsi ilə bağlı qanun layihəsinə görə ABŞ hökumətinə qarşı iddia qaldırıb. Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu göstərilib. Qeyd edk ki, "TikTok"u

8 may
.

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Gözünü qırpmadan 2 həmkarını öldürən polis məmurunun açıqlaması hər kəsi heyrətləndirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Adıyaman Altınşehir Polis Bölməsində iki həmkarını şəhid edən polis məmuru Süleyman Uğur Şahinin ifadəsi məlum olub. Qətldə şübhəli bilinən poli

8 may
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

8 may
.

Avropa İttifaqı "Telegram"ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində "Telegram" sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək. Belçika mətbuatı yazır ki, institut "Telegram"ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığ

6 may
.

Bir müddət xəbər alınmayan kişi evində ölü tapıldı - Qatil axtarılır

Bir müddət xəbər alınmayan kişi evində ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə bir müddətdir xəbər alınmayan 38 yaşlı Ferdi Dəniz evində ölü tapılıb. Həkim qrupları ilə birlikdə evə gələn jandarma, başından tüfənglə vurulmuş vəziyyətdə hərəkətsiz vəziyyətdə tapıb. Öldüyü təsbi

7 may
.

Şagirdinə nalayiq mesajlar yazan müəllim işdən çıxarıldı

BŞ-ın Viskonsin ştatında orta məktəb müəllimi 11 yaşlı şagirdə təcavüz etməkdə ittiham olunub. xarici mediaya istinadla bildirir ki, 11 yaşlı oğlanın anası polisə ərizə ilə müraciət edib. Qadın deyib ki, oğlunun telefonunda nalayiq yazışmalar tapıb. Uşağa mesajları 24 yaşlı müəllim Madison Berqmann yazıb

8 may
.

9-cu mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Moskva şəhərində 15 yaşlı yeniyetmə 9-cu mərtəbədən yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Fomiçeva küçəsində baş verib. Şagirdin yaxınlıqdakı küçədə yaşadığı müəyyən edilib. Onun niyə bu evdə qalması və hansı şəraitdə eniş pəncərəsindən düşdüyü polis tərəfindən müəyyən edilir

8 may
.

İnşaat şirkətindən mənzilləri ala bilməyən şəxs binanı yandırdı - VİDEO

Türkiyədə bir şəxs şirkətlə razılaşması olduğunu əsas gətirərək təxliyə əmrinə tabe olmadı. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs binaya benzin tökərək yandırıb. Həmin şəxs sökülənin binanın əvəzinə ona mənzil veriləcəyi deyildi halda verilməyib. Həmin şəxs bu sözləri deyob: "Mən

8 may