"Atlas" klinikasında yoxlama: Pozuntular aşkarlandı - Külli miqdarda vergi borcu da var

"Atlas" klinikasında yoxlama: Pozuntular aşkarlandı - Külli miqdarda vergi borcu da var"Atlas Medical Center" Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlama aparılıb.

Qaynarinfo-nun məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilib və özəl klinikanın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.

Bununla bağlı "Atlas Medical Center" MMC rəhbərliyi barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

215.4-cü maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

İş Nərimanov Rayon Məhkəməsinin hakimiGültəkin Əsədovanın icraatındadır.

Qeyd edək ki, "Atlas Tibb Mərkəzi" kimi tanınan "Atlas Medical Center"in qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. Fərhad Əliyev məşhur iş adamı, "Şərq" bazarının rəhbəri, "Qorqud Holdinq"in prezidenti Heydər Əliyevin qardaşı oğludur.

Klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 171 min 464 manat qəpik vergi borcu var.
"Atlas" klinikasında yoxlama: Pozuntular aşkarlandı - Külli miqdarda vergi borcu da var


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 516   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

7 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. xəbər verir ki, bu barədə "APA"ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqınd

7 may
.

Növbəti delimitasiya prosesi Kərkidən BAŞLAYA BİLƏR - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. Bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb. Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb"

7 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

6 may
.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may