12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər".

Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib.

Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır.

Mütəxəssis bildirib ki, araşdırmalara görə, uşaqların 47 faizində bənzər simptomlara rastlanır, gündəlik kompüter və telefondan istifadə bel ağrısı riskini 8,2 faiz artırır. O, belə uşaqları 10 il ofisdə oturaq işdə çalışan işçilərə bərabər tutub.

Daha çox yemək yemələri, yaxud ağlamamaları üçün tez-tez övladlarına planşet və ya telefonda video izlətdirdiklərinə görə valideynləri qınayan həkim bildirib ki, hər 10-15 saniyədən bir dəyişən görüntülər uşaqlarda yuxu problemi yaradır, piylənmə riskini artırır.

"Uşaqları fiziki fəaliyyətlə məşğul olmağa təşviq etmək və ekran vaxtını məhdudlaşdırmaq vacibdir. Telefon, planşet və kompüterdən hətta tədris məqsədi ilə gündə maksimum iki-üç saat istifadə edilməlidir. Qısa fasilələr vermək və hər yarım saatdan bir ekranlardan uzaqlaşmaq faydalı ola bilər", - deyə həkim bildirib.

Həmçinin, əzələ və dayaq-hərəkət sisteminə yük düşməsin deyə planşetin çəkisinə də diqqət yetirilməsi, mümkün qədər daha yüngül modellərdən istifadə tövsiyə edilib.(oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 369   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27 aprel
.

Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edildi

Microsoft şirkəti yeni kiçik və yüngül süni intellekt modeli Phi-3 Mini-ni təqdim edib. Yeni modelin xüsusiyyətləri böyük marağa səbəb olub. xarici KİV-ə istinadən xəbər verir ki, daha kiçik ölçüsü ilə Phi-3 Mini, GPT-3.5 kimi böyük dil modelləri ilə eyni tutuma malikdir, lakin daha az resurs sərf edir

24 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27 aprel
.

İctimai yerlərdə açıq-saçıq geyinmək: "Bizə çox şey deyirlər, amma ciddiyə almırıq" - VİDEO

Sosial şəbəkələrdə gənc xanımın açıq-saçıq geyiminə görə mağazadan qovulduğunu əks etdirən görüntülər yayılıb. Video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. Gənc müsahib bildirib ki, geyimə görə bizə çox şey deyirlər, amma ciddiy

28 aprel
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel