"Anamın kim olduğunu 12 yaşımda bildim" - Video
"Valideynlərim ayrılmışdılar, mən o vaxt körpə idim. Anam atamın eşqindən xəstələndi, onu 20 il gözlədi. Atam ona xəyanət etmişdi. Yəqin ki, münasibətlərdə gərginlik olmuşdu. Atam məhkəməyə müraciət etmişdi, amma anam ayrılmaq istəmirdi. Sonra atam başqa qadınla ailə qurdu. Dilindən düşmürdü, mən də əsəbiləşirdim. Deyirdim ki, o səninlə heç vaxt barışmayacaq".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Həftənin qonağı" verilişində deyib. Sənətçi 12 yaşına qədər anasını tanımadığını bildirib:
"Anamın yanına 12 yaşımda gəldim. O vaxta kimi bibimin yanında idim. Anam xəstə idi, məni atama vermişdi, o da bibimin yanına göndərdi. Bibim bir az sərt, bir az da ciddi insan idi. Allah ona rəhmət etsin, məni o böyüdüb. Hərdən incidirdi, amma məni çox istəyirdi. Məni musiqiyə, pianoya qoymuşdu. Bibimin bir qızı var idi, bizi seçmirdi. Ev işləri mənim boynumda idi, amma o da edirdi. Məndən böyük idi. O da artıq rəhmətə gedib.
Bir gün tətilə getmişdik, bibim məni atamın yanında qoydu. Bilmirdim atamdır, elə bilirdim dayımdır. Bibimə də ana deyridim. Çünki bir yaşımdan gözümü açıb onu görmüşdüm. Bacımı da dayım qızı bilirdim. Onu çox istəyirdim. Bir gecə yatanda mənə dedi ki, "Sən bilirsən ki, həqiqətən mənim bacımsan? Sənin atan odur...". Mənə hər şeyi danışdı. Soruşdu ki, "Ananı görmək istəyirsən?". Dedim ki, "Hə". Anamı ildə bir dəfə görürdüm, elə bilirdim ki, hansısa xaladır, qohumdur. Bacım dedi ki, "Sənin yanına gələn Bilqeyis adlı qadın qohum yox, sənin anandır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAygün Kazımova onunla 23 il sonra bir arada - Video
Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman
25 aprelMətanət Əsədova ünvanına yazılan tənqidlərdən danışdı
"Mən təbii, saf insanam, hər şeyi danışıram". Bu fikirləri müğənni Mətanət Əsədova ARB telekanalında yayımlanan "Günaydın, Azərbaycan" proqramında deyib. O, ünvanına yazılan tənqidlərdən söz açıb. "Deyirlər ki, ərə gedib çıxa bilmədi. Uşağı olmadı. Haqqımda daha nələr yazmırlar
22 aprelTürk mediası Cavanşir Məmmədovun ölümündən yazdı
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini
21 aprelAzər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin
27 aprelXoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."
"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağınız var
28 aprelMələkxanım Eyubovanın qızının toyundan - Video
Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə
22 aprel