Xalq artistinin nəvəsi: "Onun anam yox, nənəm olduğunu öyrənəndə..." - FOTO

Xalq artistinin nəvəsi: "Onun anam yox, nənəm olduğunu öyrənəndə..." - FOTO"Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyindən də artığını nənəm mənim üçün edib"

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib.

Xalq artistinin nəvəsi: "Onun anam yox, nənəm olduğunu öyrənəndə..." - FOTO"Uzun illər sonra onun anam yox, nənəm olduğunu bildim. Uşaq idim, onu bizi birlikdə görən insanlar soruşurdular ki, nəvəndir? Deyirdi ki, xeyr, oğlumdur. Sonra qonşu qadınlar öz aralarında danışanda bildim ki, mən onun nəvəsiyəm. Amma bununla belə o doğmalıq, o hisslər mənim ona anaya olan münasibətimi dəyişmədi. Bəzən mənə deyirlər ki, "ailə həyatı quracaqsan, övladın olacaq, onu valideynindən də çox istəyəcəksən". İnanmıram belə bir şey mümkün olsun", - deyə nəvəsi Faiq deyib.

Faiq İbadzadə nənəsinin sevdiyi filmlərindən də danışıb.

"Nənəmin ən çox sevdiyim ekran işi "Yerlə göy arasında" filmidir. O filmdə həqiqətən də ağlayıb. Çox çətin günlər yaşayırdı. Sanki o film onun başını qarışdırdı, onu xilas etdi. Filmdə öz dərdinə, acısına ağlayırdı. "Həm ziyarət, həm ticarət" filmindəki rolunu da çox sevirəm. Orada həddindən artıq səmimidir", - deyə sənətkarın nəvəsi bildirib.

O daha sonra əlavə edib.

"Bu günlərdə nişanlanmışam. Nənəmin o vaxt görüb bəyəndiyi xanımla ailə həyatı quracağam. Çox istəyirdi onu. Deyirdi ki, "bu qızı sənə alacağam". Hələ o vaxt həyatı dərk etmirdim. Həmişə deyirdi ki, "səni evləndirsəydim, ev alsaydım, dərdim olmazdı". Qismət. Nuriyyə Əhmədova abırlı, ismətli xanım kimi yaşayıb, elə də bu dünyadan köçdü. Onunla bu gün də fəxr edirəm. Bu sənətdə hər cür adam olur. Onun adı mənim üçün hər zaman baş ucalığıdır. Nuriyyə Əhmədova haqqında bu gün hər kəs xoş danışır, onu ürək ağrısı ilə xatırlayırlar. Hər bazar günü məzarını ziyarət edirəm. Elə həftə olur ki, iki dəfə gedirəm".
Xalq artistinin nəvəsi: "Onun anam yox, nənəm olduğunu öyrənəndə..." - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1394   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

20 aprel
.

Mətanət Əsədova ünvanına yazılan tənqidlərdən danışdı

"Mən təbii, saf insanam, hər şeyi danışıram". Bu fikirləri müğənni Mətanət Əsədova ARB telekanalında yayımlanan "Günaydın, Azərbaycan" proqramında deyib. O, ünvanına yazılan tənqidlərdən söz açıb. "Deyirlər ki, ərə gedib çıxa bilmədi. Uşağı olmadı. Haqqımda daha nələr yazmırlar

22 aprel
.

Flora Kərimova: "Rahat yat, Cavanşir"

Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə bağlı "Instagram" səhifəsində paylaşım edib. xəbər ki, sənətçi mərhumla birgə görüntülərini paylaşaraq bunları yazıb:. "Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinl

21 aprel
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı GÖRÜN NƏ PAYLAŞDI- FOTO

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

21 aprel
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28 aprel
.

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb. xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb. Nəzarətə alınan Ömər Öktem qətli etiraf edib. Qeyd edək ki, Selin Yalının cənazəsi Maltəpə Mərkəzi Məscidində qılınan cüm

27 aprel
.

Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsi üçün ölkəmizi təmsil edəcək "Özünlə apar" mahnısının klipi təqdim olunub. xəbər verir ki, klip "Avroviziya" mahnı müsabiqəsinin rəsmi "YouTube" kanalında yayımlanıb. Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 ma

28 aprel
.

Aygünlə ona görə dalaşmışdıq ki… - Faiq Ağayev

Bizim yabalaşan zamanlarımız olub. xəbər verir ki, bu sözləri " "a geniş müsahibəsində Xalq artisti Faiq Ağayev Aygün Kazımova ilə münasibətləri ilə bağlı danışarkən deyib. O bildirib ki, 35 ildir səhnədədirlər:. "Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçu

27 aprel
.

"Babamın haqsızlığa ürəyi dözmədi" - Cavanşir Məmmədovun nəvəsi

Aprelin 20-də qəfil ürəktutması nəticəsində vəfat etmiş Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi onun haqqında paylaşım edib. xəbər verir ki, mərhum müğənninin nəvəsi Rəfiqə Qafarova öz sosial şəbəkə hesabında babası ilə bağlı . "Babamın haqsızlığa ürəyi dözmədi" deyə şərh yazıb. O öz yazdıqların

22 aprel