Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BAKU.WS xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb.
Dövlət başçıları telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 398 Tarix: 09 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazir direktoru işdən çıxardı
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur
25 aprelAzərbaycan-Qırğızıstan sənədləri imzalanıb
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb
24 aprelAnar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video
Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar
25 aprelPrezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə
29 aprel