Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEOÖtən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sıra ölkənin siyasi dairələrində və ekspert icmalarında görünməmiş müzakirələrə səbəb olub. Mübahisə uzun müddət səngiməyəcək və bəlkə də tezliklə yeni müstəviyə keçəcək.

Bu barədə Caliber.az süjet hazırlayıb.

Müəllif bildirib ki, bunun bir sıra səbəbləri var.

"Bir az uzaqdan başlayaq. 2003-cü ildə Avropa İttifaqı "Şimal Ölçüsü" proqramını qəbul etdi. Bu proqrama Aİ-nin özündən əlavə Norveç, İslandiya və o vaxt qəribə görünmədiyi üçün Rusiya da daxil idi.

Hələ 1997-ci ildə Finlandiyanın Baş naziri Paavo Lipponenin təşəbbüsü ilə həyata keçirilən proqramın məqsədi Avropa İttifaqı ilə bu birliyə üzv olmayan ən yaxın şimal qonşuları arasında əməkdaşlıq idi. O zaman əsas istiqamətlər ekoloji problemlər, enerji səmərəliliyi, səhiyyə, mədəniyyət və s. idi.

2008-ci ildə Brüssel "Aralıq dənizi üçün İttifaq" adlı oxşar formatda proqrama start verdi, onun iştirakçıları Aİ-nin özündən əlavə, Aralıq dənizi regionu ölkələri, yəni cənub qonşuları idi. "Avro-Aralıq dənizi tərəfdaşlığı" alternativ adını da almış bu proqramın məqsədləri enerji, təhlükəsizlik, terrorla mübarizə, miqrasiya və ticarət məsələlərini əhatə edirdi.

Beləliklə, şimal ələ keçib, cənub örtülüb, qərbdə isə Atlantik okeanı dalğaları parıldayır. Nə qalır? Avropa İttifaqının ətrafa nəzər salmasının təbii davamı indi onun şərq qonşuları olmalıdır. Bunlar da vaxtilə SSRİ-nin tərkibində olan dövlətlər idi. Və bununla bağlı artıq müəyyən çətinliklər var idi", - deyə müəllif vurğulayıb.

Daha ətraflı:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 457   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel