Messi Çempionlar Liqası ilə vidalaşdı

Messi Çempionlar Liqası ilə vidalaşdıLionel Messinin çıxış etdiyi MLS komandası "İnter Mayami" KONKAKAF Çempionlar Liqasının 1/4 finalında Meksikanın "Monterrey" komandasına 3:1 hesabı ilə məğlub olub. ABŞ yığması ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının təşkilatçılığı ilə keçirilən KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin ikinci oyununda MLS komandası "İnter Mayami" səfərdə Meksika təmsilçisi "Monterrey" ilə "Estadio BBVA"da qarşılaşıb.

Qarşılaşmada Meksika yığması 31-ci dəqiqədə Brandon Vaskes, 58-ci dəqiqədə German Bertarame və 64-cü dəqiqədə Xesus Qallardonun vurduğu qollarla 3-0 önə keçib. Paraqvaylı futbolçu Dieqo Qomez matçın 85-ci dəqiqəsində argentinalı ulduz Lionel Messinin ötürməsi ilə hesabı 3-1-ə çatdırsa da, bu, ABŞ yığmasının növbəti mərhələyə adlaması üçün kifayət etməyib.

Jordi Alba 78-ci dəqiqədə ikinci sarı vərəqə alaraq qırmızı vərəqə aldıqdan sonra "İnter Mayami" 10 nəfərlə qalıb.

"İnter Mayami" öz meydanında keçirdiyi ilk matçda 2:1 hesabı ilə uduzub və ümumilikdə 5:2 hesabı ilə uduzaraq 1/4 finalda turnirlə vidalaşıb.

"İnter Mayami"nin heyətində Lionel Messi, Luis Suares, Serxio Busquets və Jordi Alba kimi futbolçular var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 622   Tarix: 11 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı

4 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye

6 sentyabr 2021
.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021