Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib
Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib.
"Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:
"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib. Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?"
"Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq", - açıqlamada bildirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 473 Tarix: 11 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin
24 aprelPrezident Almaniyadan belə yola salındı - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:
27 aprelPrezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə
29 aprelPrezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo
29 aprel